Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Nə etsək, deyirlər ki, pisdir“

 

“Bu yaxınlarda Almaniyanın Frankurt şəhərində baş tutan aksiyada insanları döydülər, həbs etdilər. Ancaq bunu beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması kimi qiymətləndirmədi. Belə yanaşmalar onu göstərir ki, Azərbaycanda insan hüquqlarının qorunmadığını bəyan edənlər ölkəmizə qarşı ikili standartlardan yanaşırlar”

 

 "Xeberinfo.com":   Məlumata görə, bunu SİA-ya millət vəkili Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib: “Nə etsək, deyirlər ki, pisdir. Guya ölkəmizdə insan hüquqları qorunmur. Bu adamlar istəyir ki, Azərbaycanı ancaq qara rəngdə təqdim etsinlər. Lakin bu, belə deyil, Azərbaycanın öz strateji xətti var. Ona görə də Azərbaycanda bütün məsələlər öz həllini tapır. O ki qaldı kiminsə tutulmasına, boş yerə kimsə tutulmur. Nə isə cinayət törədib ki, həmin şəxs tutulur”.
R.Əliyev vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar var: “Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq təşkilatlar erməni lobbisinin təsiri altındadır. Ancaq hesab edirəm ki, bunların hər biri əhəmiyyətsiz bir şeylərdir. Ona görə də buna fikir də vermək lazım deyil. Çünki dünya ictimaiyyəti Azərbaycanı tanıyır. Ölkəmizdə müxtəlif səviyyələrdə yığıncaqlar keçirir. Lobbi təsiri altında olan beynəlxalq təşkilatlar, bəzi dövlətlər bunu qəbul edə bilmir. Biz isə bu məsələlərə fikir vermirik. Ona görə də böhranlı dünyada Azərbaycan yenə də iqtisadi cəhətdən inkişaf edir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam