Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Beynəlxalq aləmin susqunluğu ikili standartların göstəricisidir"

 

“Ermənistanda baş verən mitinqlərdə pozulan insan hüquqlarına beynəlxalq aləmin susqunluğu məsələlərə ikili standartlarla yanaşmanın göstəricisidir”

"Xeberinfo.com":   Məlumata görə, bu fikirləri Azvison.az-a Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib. 
YAP yetkilisi qeyd edib ki, eyni hadisənin kiçik bir forması ölkəmizdə baş versə, beynəlxalq təşkilatlar, ayrı-ayrı qeyri-hökumət təşkilatları Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham edərdilər.
“Onlar ikili standartlarla Ermənistanı qorumağa çalışırlar. Ona görə də bu ölkədə baş verən cinayətlərə, insan hüquqlarının pozulmasına göz yumurlar, hakimiyyətin cinayətkar xarakterini unudurlar. Azərbaycan da hadisələrə ikili standartlarla yanaşıldığına görə, haqlı etirazını bildirir. Azərbaycanla bağlı Avropa Parlamentində xüsusi dinləmələr keçirildi, Almaniya KİV-ləri böhtan xarakterli silsilə yazılar yazırlar. Bunlar belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan və Ermənistana münasibət tamam fərqlidir”.
Bununla belə YAP-çı deputat qeyd edib ki, xaricdən anti-Azərbaycan mərkəzlərinin nə deməsindən asılı olmayaraq Azərbaycan üçün əsas öz vətəndaşının yaşayışı, sosial problemlərinin həllidir: “Bu gün təriflənən, qorunan Ermənistanda isə insanlar elektrik enerjisinin cüzi artımına dözə bilmir. Çünki, əhalinin sosial vəziyyəti həddən artıq ağırdır. Xaricdəki dairələr Ermənistandakı cinayətkar rejimi müdafiə etməklə orada yaşayan 2 milyon erməninin ağır vəziyyətdə yaşamasına dəstək verirlər. Hesab edirəm ki, bu məsələlərə münasibət anti-Azərbaycan mərkəzlərin mahiyyətini tamamilə ifşa etmiş olur. 
Azərbaycanla bağlı xaricdən müəyyən dairələrin maraqları təmin edilməyib. Buna görə də Azərbaycan qarşı səlib yürüşləri davam edir”, – Deputat bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam