Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Şəhidlərimizin qanı yerdə qalmamalıdır“

 

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına təəssüfləndiyini bilidirib

“Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan təxribatçı hərəkətlərindən əl çəkmir. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır da”.

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri dövlət başçısı Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliyindəki nitqində deyib.

Prezident bildirib ki, təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir.

“Əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Ordu quruculuğu bizim üçün əsas vəzifədir. Azərbaycan ordusu indi dünyada öz gücü, texniki təchizatı ilə fərqlənir”, - İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi, düşünülmüş siyasət, sosial vəziyyət cəmiyyətdə bərqərar olmalıdır.

İlham Əliyev qeyd edib ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var.

Bir neçə gün öncə təməli qoyulan TANAP qaz kəmərinin əhəmiyyətindən danışan prezident vurğulayıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və ölkədə hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır.

“Bundan əlavə, görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artrır. Azərbaycanın yürütdüyü siyasət ədalətli siyasətdir. Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır.

Bakının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu gün onu dünya miqyaslı sərvətə çevirib”, - İlham Əliyev vurğulayıb.(AzTV)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam