Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ölkəmizdə dərman reklamları qadağa oluna bilər

 

Azərbaycanda dərman vasitələrinin reklamı ilə bağlı yeni qadağaların tətbiqi nəzərdə tutulur

 

"Xeberinfo.com":  Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, parlamentin fevralın 2-də keçiriləcək iclasında müzakirə ediləcək “Reklam haqqında” qanun layihəsində qeyd edilir.
Yeni qanun layihəsinə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan, müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılmış dərman vasitələri, istifadəsi və tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmamış tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.
Dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda reklamda bu barədə məlumat verilməli, həkimlə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır. Müvafiq qeyd kütləvi informasiya vasitələri ilə reklamın sahəsinin ən azı 7 faizini tutmalı, 5 saniyədən az müddətdə səsləndirilməlidir.
Yeni layihəyə görə, həkim resepti olmadan buraxılan dərmanların reklamı üçün yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilə bilməz. Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək olmaz.
Yeni layihəyə görə, belə reklamlar zamanı sağlam insanda reklam olunan dərmanın istifadəsinin zəruriliyi barədə təsəvvür oyatmaq qadağandır.
Reklam olunan dərmanın təbii mənşəli olması, onun təhlükəsiz olmasına təminat verilməsi barədə məlumatın yayılmasına da icazə verilmir. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərmanlar, tibbi texnika barədə yalnız tibb sahəsində ixtisaslaşdırılmış çap nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam