Türkiyə Silahlı Qüvvələrinin təlim prosesi tamamlanandan sonra S-400 hava müdafiə sistemləri fəaliyyətə başlayacaq. Bu, zarafat deyil. Türkiyənin suverenlik və müstəqilliyindən şübhəniz olmasın.

Yenixeber.org: Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, S-400 kompekslərində dost-düşmən tanıma sistemi olacaq və hər hansı problem yaşanmayacaq.
Hulusi Akar qeyd edib ki, faktiki olaraq 5 ədəd F-35 Türkiyəyə təslim edilib: "Biri qarajdadır".