Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Saatlıda icra başçısı sahibkara “haqq qoyub”

 

“Bilmirik dərdimizi kimə deyək, hara şikayət edək?”

"Xeberinfo.com":  Məlumata görə, Editor.az-ın redaksiyasına Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovun fəaliyyəti ilə bağlı şikayət məktubu daxil olub.

Təhlükəsizliyinə təminat olmadığı üçün adını çəkmək istəməyən şikayətçi bildirir ki, uzun illərdir rayonda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur: “Rayonda kütləvi işsizlik hökm sürür. Bu səbəbdən çoxsaylı qohumlarım səfalət içində yaşayır. Məcbur qalıb əldə etdiyim cüzi gəlirdən qohumlarıma da pay ayırmalı oluram. Qazancımız ancaq minimal xərclərə yetir. Nə pul artıra bilirik, nə də işimizi genişləndirə bilirik. İndi bizə bunu da çox görürlər. Qabaqlar ancaq yer haqqı ödəyirdik. İndi yenə qanunsuz rüsumlar çıxıb ortaya. İcra başçısı Siracəddin Cabbarovun adından bir qrup qoçu bizi “tasa otuzdurub”. Hər ay 500 manat ödəməli olduğumuzu deyirlər. Səbəbini soruşduqda “Sən deyəsən başını ağrıtmaq istəyirsən, pul verməyənlər rayondan qovulacaq” deməkdən də çəkinmirlər. Dəfələrlə icra başçısının özünə müraciət etmişik. Hər müraciətdən sonra bizə qarşı təzyiqlər daha da artır. Bilmirik, dərdimizi kimə deyək, hara şikayət edək?”.

Editor.az məsələyə Saatlı rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənib.

Saatlı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Zaur Əsədov məsələyə qısaca münasibət bildirib: “Bu informasiya əsassızdır. Belə bir şey yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam