Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağsudan şikayət: “Bizi işləməyə qoymurlar”

 

“10 ildir Ağsu rayon Mərkəzi Bazarında kiçik ticarətlə məşğul oluram. Əvvəllər yalnız icarə haqqını, vergini, sosial ödənişləri ödəyirdik. Son iki ildə icra başçısı Ənvər Seyidəliyevin adından bazar rəhbərliyi kiçik ticarətlə məşğul olan sahibkarldan “xərac yığır”. Pul verəməyənləri və ya verməkdən boyun qaçıranları bazardan qovurlar. İndiyə qədər onlarla sahibkar məhz elə bu səbəbdən bazardan qovulub”

"Xeberinfo.com":  Məlumata görə, bu sözlər Editor.az-ın elektron ünvanına Ağsu sakini tərəfindən daxil olan şikayət məktubunda əksini tapıb.
Adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, məsələ ilə bağlı indiyə qədər dəfələrlə müvafiq instansiyalara müraciət etsələr də, nəticəsi olmayıb.
Şikayət edənləri icra başçısının adından hədələyir, yeri gəlsə, onları rayondan qovacaqlarını deməkdən də çəkinmirlər.
Editor.az şikayətdə əksini tapan məqamlarla bağlı Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb.
Əməkdaşımız rayon İcra Hakimiyyətinin web-saytında yerləşdirilən telefona zəng etsə də, zəngimizə cavab verən olmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam