Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vaksin çatışmazlığının səbəbi nədir? -Ucar


Ucar rayonunda vaksin tapılmasında problem yaranıb.

Yenixeber.org: Son günlər it hücumuna məruz qalan rayon sakinləri quduzluğa qarşı vaksinasiya olunmaq üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət etsələr də, xəstəxanadan vaksinin olmadığı bildirilib.
İt hücumuna məruz qalan diabetli şəkər xəstəsi Telman Xudaverdi oğlu İbrahimov təcili xəstəxanaya gedib. Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Zahir Salahov T. İbrahimova bildirib ki, xəstəxanada vaksin yoxdur.
Rayonda fəaliyyət göstərən apteklərdə quduzluğa qarşı vaksin satılmadığından zərərçəkən sakinlər çıxılmaz duruma düşüblər.
Ucar Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Xaləddin Qafarov bildirib ki, hazırda xəstəxanada quduzluğa qarşı vaksinin olmamasına səbəb rayonda it hücumuna məruz qalanların sayının çoxalmasıdır: "Xəstəxanaya 5 qutu dərman verilib ki, bu da bir xəstəyə 5-6 dəfə vurulan dozadır”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, Ucar Rayon Mərkəzi Xəstəxanası tərəfindən vaksin üçün Nazirliyin İnnovasiya və Təchizat Mərkəzinə müraciət olunub: "Lakin müraciət qeyri-iş günü olunduğundan vaksin vaxtında çatdırılmayıb. İtin hücumuna məruz qalan Telman İbrahimova isə quduzluğa qarşı vaksin edilib. Vaksin Göyçay rayonundan gətirilib.Telman İbrahimov əsassız olaraq belə bir iddia irəli sürür, yalan danışır. Sifariş edilmiş vaksinlər gələn həftənin bazar ertəsi Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılacaq”.
Onun sözlərinə görə, bu il ötən dövrlə müqayisədə ölkəyə daha artıq vaksin gətirilib: "Hər təcili tibbi yardım avtomobilinə belə vaksinlər verilib. Vaksinlər it dişləmələrinin sayına müvafiq olaraq regionlara paylanılır və hər hansı rayonda "vaksin tapılmır” - demək düz deyil. Sadəcə olaraq bu məsələ tibb müəssisələrinin rəhbərlərindən də asılıdır. Gərək, onlar vaksin üçün vaxtında İnnovasiya və Təchizat Mərkəzinə müraciət etsinlər. Yenə də qeyd edirəm ki, müraciət qeyri-iş günlərinə təsadüf etdiyindən vaksinlərin çatdırılmasında gecikmə yaranıb. Axı bu il it dişləmələrinin də sayı ötən illə müqayisədə artıb. Ötən il 20 min it dişləməsi qeydə alınsa da, təkcə bu ilin 3 ayı ərzində it dişləmələrinin sayı 5 mini ötüb. Çünki sahibsiz itlərin sayı artıb. Sahibsiz it məsələsinə diqqət ayrılsa, yaxşı olardı”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam