Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Biz əsgər gedirik

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Füzulidə gənclərin hərbi xidmətə yola salınması yüksək səviyyədə həyata keçirilir

 

“Xeberinfo.com”:Hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Orduya isə döyüş qabiliyyəti yüksək olan vətənpərvər əsgərlər lazımdır. “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın  1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Füzuli rayonunda da uğurla icra olunur, bu vacib kampaniya böyük ruh yüksəkliyi ilə yerinə yetirilir.

Bu gün Horadiz şəhərindəki Heydər Əliyev parkında gənclərin ordu sıralarına yola salınması mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Parkda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, ehtiramlarını bildiriblər.

Mərasim təntənəli marşın sədaları altında dövlət bayrağının meydana gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanılıb. 

Tədbiri açan şöbənin rəisi, polkovnik-leytenant Şaiq Məmmədov gənclərin hərbi xidmətə yola salınması mərasiminin rayonda uğurla həyata keçirildiyini  bildirib. O, qeyd edib ki, gənclərin ordu sıralarında şərəflə xidmət keçməsi, Vətənin keşiyində ayıq-sayıq dayanması, ilk növbədə, hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasından asılıdır. Məhz buna görə də son illər Füzuli rayonunda bu  məsələyə diqqət daha da artırılıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edib. Alı Alıyev  ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Füzuli rayonunda görülən işlər və həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır və bu ordu istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Alı Alıyev qeyd edib ki, son illər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü və qüdrətli ordusuna çevrilib.

 - “İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir”-deyə Alı Alıyev vurğulayıb. 

Digər çıxış edənlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi, Vətəni göz bəbəyi kimi qorumağı tövsiyyə ediblər.

Gənclər Azərbaycan bayrağını öpüb və müqəddəs Quranın altından keçdikdən sonra hərbi xidmətə yola salınıb.

Tədbir rayonun mədəniyyət ustalarının ifasında konsert proqramı ilə davam edib.

 

 

 

 



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam