Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SOS!Ölkəmizdə elə bölgələr var ki...

SOS!

 

 

Azərbaycanda 10 min nəfər insan eşitmə problemlərindən əziyyət çəkir

 

Yenixeber.org: Bunu Azərbaycan Tibb Universitetinin Lor kafedrasının müdiri, professor Vəfa Pənahi bildirib.

O, dünya əhalisinin 6 faizinin məhz bu xəstəliyə düçar olduğunu açıqlayıb.

Klinikanın qulaq, burun, boğaz şöbəsinin müdiri Murad Şıxəliyev qeyd edib ki, dünya əhalisinin 365 milyonu karlıq və eşitmə problemlərindən əziyyət çəkir, onlardan 32 milyonunu uşaqlar təşkil edir.

Universitetin LOR kafedrasının assisenti Afaq Şadlinskaya bildirib ki, eşitmə problemi əsasən irsi faktorlar və qohum nikahları nəticəsində yaranır, lakin başqa səbəblər də karlığa səbəb olur:

"Ölkəmizin elə bölgələri, kəndləri var ki, orada az qala hər iki evdən birində eşitmə problemi var. Bundan başqa qanda bilurubinin miqdarının 30 faizdən çoxluğu, hamiləlik patologiyaları və zərərli dərman preparatlarının qəbulu eşitmə əngəlinə səbəb olur. Həmin problemin aradan qaldırılması üçün yeganə yol - koxlear implantasiya əməliyyatıdır".

A.Şadlinskaya deyib ki, əməliyyat bahalı olduğuna görə 2015-ci ilin oktyabrında sensonevral ağır eşitmə ilə əlaqədar yaradılan xüsusi komissiya ölkəmizdə həmin problemdən əziyyət çəkən uşaqların müayinə və müalicə edilməsi, koxlear implantasiya əməliyyatı aparılması ilə məşğul olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam