Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çerniqovda Lütfizadənin xatirəsi yad edilib

 

Çerniqovda Lütfizadənin xatirəsi yad edilib

 

Bakı Slavyan Universitetinin (BSU) Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) nəzdində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi adıçəkilən universitetin Maliyyə-iqtisad fakültəsinin iqtisadiyyatda informasiya sistemləri kafedrası ilə birgə dünya şöhrətli görkəmli alim, qeyri-səlis məntiq və kibernetika nəzəriyyəsinin banisi Lütfizadənin xatirsənə həsr edilmiş tədbir keçirib.

Tədbirdə Mərkəzin direktoru, ÇMTU-nun Maliyə -iqtisad fakültəsinin deknı, professor Marina Yevgeniyevna Yurçenko və iqtisadiyyatda informasiya sistemləri kafedrasının müdiri, professor Andrey Nikolayeviç Akimenko çıxış edərək alimin dünya elminə verdiyi töhfələrdən danışıblar.

İqtisadiyyatda informasiya sistemləri kafedrasının dosenti Natalya Vladimirovna Şaxovnina Azərbaycan –Ukrayna mənşəli görkəmli alimin həyat vəyaradıcılığı haqqında ətraflı məlumat verib.Tədbirdə Lütfizadənin müasir idarəetmə elminin əsasını təşkil edən və ən müasir diskret və rəqəmsal sistemlərin yaradılması texnologiyasına ciddi təsir edən fundamental nəzəriyyəsinin əsas nailiyyətləri təqdim edilib. Mərasimdə Çerniqov Milli Texnologiya Universitetinin birinci, ikinci, üçüncü kurs tələbələri və magistrantlar iştirak ediblər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam