Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qohum evliliyinə münasibətiniz necədir?– VİDEOSORĞU

Qohum evliliyinə münasibətiniz necədir?

 

 

 

 

Qohum evliliyi eyni soydan gələn iki insanın evlənməsinə deyilir. Bu tip evliliklər cəmiyyətdə daim müzakirələrə səbəb olur. Bu məsələyə bəzi insanlar müsbət yanaşır, əksəriyyət isə tamamilə yanlış olduğunu düşünür

Yenixeber.org: Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva Report-a açıqlamasında bildirib ki, qohumlar arasında yaranan nikahlar genetik və xromosom xəstəliklərinin yaranmasının ən başlıca səbəblərindən biridir: "Xüsusilə də iki bacının bir-birinə qohum olması eybəcərliyə, hamiləliyin vaxtından əvvəl pozulmasına səbəb olur. Azərbaycanda bəzi ailələr 3-4 dəfə bir-birilərinə qohum olublar. Belə hallarda həmin nəsildə olan, nadir hallarda gələn xəstəliklər dominant olur.

Bunlara ruhi xəstəliklər, əqli çatışmazlıq, əqil zəiflikləri, xromoson xəstəliklərini misal gətirmək olar. Mən hər zaman deyirəm ki, qohum ilə evlənməkdənsə, ailə qurmamaq min dəfə yaxşıdır. Qohuma ərə getmək tək gələcək nəsli yox, milləti bədbəxt etməkdir. Belə nikahlarda qohumlar bəzən özlərinə haqq qazandırırlar ki, "uşaqlarımız sağlamdır". Ancaq bunu həmin uşaqların əqli zəifliyinə, fiziki aktivliyinə və intellektual səviyyəsinə baxmamış demək olmaz. Avropada belə bir problem yoxdur deyə heç bu barədə danışılmır. Azərbaycanda isə bu hal çox yayılıb. Xüsusilə də Bakı kəndlərində genişdir. Bakı kəndlərində 4-5 dəfə qohumlar bir-birilə evlənirlər. Bunun nəticəsində isə uşaqlar xəstə olurlar. Bu zaman uşağın danışığında qüsur, sümük oynaq sisteminin xəstəlikləri və əqli zəifliklər yaranır.

Çox vaxt deyirlər millətdə cırlaşma gedir. Bunun birinci səbəblərindən biri də elə qohum evlilikləridir. Xarici ilə evlənən Azərbaycanlıların uşaqlarına diqqət yetirsəniz görərsiniz ki, onlar sağlam və gözəl olurlar. Çünki onlarda mutasiyalar baş vermir və sağlam genlər üzə çıxır".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam