Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda yenot tutuldu- VİDEO - FOTO

Azərbaycanda yenot tutuldu

 

 

Lənkəran sakini həyətyanı sahəsində yenot tutub. Daha çox meşə ərazisində rast gəlinən bu heyvan sakinlərin marağına səbəb olub

 

Yenixeber.org: Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov həyətyanı sahəsində gecə saatlarında yenot tutub.

O, itlərin hürüşməsinə həyətə düşdükdə bu canlını görüb. İtlər heyvana zərər verməsin deyə onu götürərək saxlayıb:

"Axşam saat 2-3 radələrində düşdüm həyətə. İtlər hürürdü, gördüm qeyri-adi bir heyvan var. İt bunu sıxışdırdı bir yerə, mən də tutdum quyruğundan, birtəhər atdım çəlləyə. Səhər gördüm belə bir heyvandır".

Vətəni Amerika sayılan yenot barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilib. 

Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayır, su içməyə gələn heyvanları ovlayırlar. Eyni zamanda quş, yumurta, böcək və sürünənlərlə də qidalanırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam