Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yem emalı müəssisəsi istifadəyə verilib///Cocuq Mərcanlıda

 

 

 Bu gün Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi istifadəyə verilib

 

Yenixeber.org: Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilib.

Tədbiri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açaraq Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cocuq Mərcanlıda yem emalı müəssisəsinin istifadəyə verilməsi kəndin sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli addımdır.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov isə Cocuq Mərcanlıda görülən işlər barədə məlumat verərək yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişləndirilməsinə şərait yaradacağını diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam