Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirin üzqarası olan baş həkim prezident “köməkçisi”ni təhqir etdi- Qalmaqal

Nazirin üzqarası olan baş həkim prezident “köməkçisi”ni təhqir etdi

 

Cəlilabadın İlham Əliyev adlı baş həkimi barəsində gedən bir tənqidi yazıya görə təşvişə düşüb

Yenixeber.org: Bu barədə saytımıza gələn xəbərə görə, baş həkim onun haqda gedən materialın rayondakı ictimai fəallardan biri tərəfindən ötürülməsindən şübhələnib. 

Ona görə də həmin şəxsi yanına çağırıb və ondan özü haqda informasiyaları mətbuata sızdırmasını soruşub. Həmin fəal insan isə məqalədən xəbərsiz olduğunu bildirib. 

Bununla hesablaşmayan Cəlilabad RMX baş həkimi İ.Əliyev hiddətinə son qoymayıb, rayonun icra başçısının köməkçisi Malik Şərbətova zəng edib. 

Baş həkim başçının köməkçisindən maraqlanıb ki, Palitika.Az RİH-də qeydiyyatdan keçib ya yox. Təbii ki, belə bir məntiqsiz sualı tibb elmi də, jurnalistika da tarixində görməyib. 

Baş həkimə isə elə gəlib ki, hər hansı mətbu orqan rayon icra hakimiyyətində qeydiyyatdan keçdikdən sonra Cəlilabadda ayrı-ayrı idarələrdən, müəssisələrdən, onların fəaliyyətindən yazmaq olar. 

Lakin başçının köməkçisindən aldığı cavabla da qane olmayan baş həkim Cəlilabad rayon məhkəmə sədrinə zəng edib. 

Onunla danışığında Palitika.Az-ı hüquqi müstəvidə necə cəzalandırmağın yollarını müzakirə edib. Bütün bunların sonunda İ.Əliyevin hirsi soyumayıb və ictimai fəala nalayiq sözlər deyib. 

Baş həkimin təlaşından sonra Palitika.Az-ın baş redaktoru Xəyyam Salmanzadə ona zəng edərək mövqeyini öyrənmək və məqalədəki tənqidi məqamlarla bağlı münasibətini dərc etmək istədiyini nəzərinə çatdırıb. 

Baş həkim isə öz etikasına uyğun olaraq təhqiramiz ifadələr işlədib, “mənə heç kim bata bilməz, əcəb eləmişəm, qələt edir, p.. yeyir o ictimai fəal” və s. nalayiq sözlər işlədib. 

Əlbəttə, baş həkim unudub ki, onun haqqında gedən tənqidi yazıya cavab vermək hüququ var və deyilənlərlə razılaşmaya bilər. 

Ancaq onunla bağlı gedən yazıda təhqir və nalayiq bir fikir olmadığı üçün dediyi sözlər məhkəmə perspektivi yaradır. Çünki baş həkimin səs yazısı var və məhkəməyə, prokurorluğa təqdim oluna bilər. 

Yəni, baş redaktorun ona mədəni şəkildə zəng edərək mövqeyini öyrənmək istədiyi halda ağzını açıb həkimə layiq olmayan leksikonda danışması nə tibb elminə, nə Səhiyyə Nazirliyinə, nə də Oqtay Şirəliyevin adına yaraşır. 

Nazir regionlara baş həkim təyinatı zamanı onların şəxsi keyfiyyətlərinə də diqqət yetirməlidir. Ancaq görünür ki, Cəlilabadın baş həkimi adi bir tənqidi yazıya dözümsüzdür. 

Hərçənd, hər gün mətbuat nazirlər, yüksək vəzifəli şəxslər haqda materiallar yayırlar və jurnalistlər təhqir olunmurlar. İ.Əliyev isə prezident İlham Əliyevlə adaş olsa da, onun yolunu getmir. 

Üstəlik, prezident bildirib ki, jurnalistlər onun “köməkçi”ləridir və məmurların nöqsanlarını araşdırıb çatdırırlar, ictimai nəzarət güclənməlidir. 

Qeyd edək ki, məqalədə Cəlilabad səhiyyəsindən bəhs olunmuşdu. Deyilirdi ki, İ.Əliyevin baş həkim kimi Cəlilabadda yaratdığı sistem ancaq ölümə, xəstənin ağırlaşmasına, səhv diaqnoza və rüşvətə xidmət edir. 

Səriştəsizlik üzündən artıq rayonda ana və uşaq ölümlərinin sayı artmaqdadır. Keyfiyyətsiz müalicə məsələsi isə bir ayrı bəladır.

Yeri gəlmişkən xatırladaq ki, İ.Əliyevin gördüyü işlər sayəsində qısa zamanda baş həkimin varlanması da müzakirə mövzusudur. Və onun bu qədər tez zamanda varlanmasının səbəbi isə bir sıra işlərdir.

Nəticədə yüzlərlə cəlilabadlı İrana, Gürcüstana getməli olurlar. Bu da səhiyyə naziri Oqtay Şirəliyevi üç ölkə qarşısında gülünc vəziyyət qoymaqdır. 

Bildiyiniz kimi, ABŞ öz vətəndaşlarına Azərbaycan apteklərindən dərman almamağa çağırış etmişdi. Üstəlik, baş həkim hər yerdə bəyan edir ki, prezidentlə adaşdır, ona kimsə bata bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam