Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hərbi vətənpərvərlik ruhunda tədbir keçirilib-Füzulidə

 

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda tədbir keçirilibbitmap-img6

 

Yenixeber.org: Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev , Təhsil, Səhiyyə, Mədəniyyət  sahələrində çalışan gənclər , orta məktəblərin yuxarı sinif şagirdləri ,  “N” saylı  hərbi hissənin əsgərləri , Qarabağ müharibəsi veteranları və ziyalılar iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır. Alı Alıyev bildirmişdir ki, Respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində  yerləşən Füzuli rayonunda da gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ciddi işlər görülür. Orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil olunur. Heydər Əliyev Mərkəzində şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi şərəfli ömür yolu barədə məlumat verilir. Alı Alıyev qeyd edib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin nəticəsidir ki, Füzuli rayonunda həqiqi hərbi xidmətə çağırış yüksək səviyyədə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, hərbidən yayınma və fərarilik halları mövcud deyil. Alı Alıyev gənclərə ölkəmizi sevməyi , vətənin adını daim uca tutmağı,  vətənpərvər gənclər kimi yetişməyi tövsiyyə etmişdir.  Digər çıxış edənlər rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında görülən işlərdən , həyata keçirilən tədbirlərdən danışmışlar. Sonda bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.
     
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam