Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Kürdəmirin bu qəsəbəsi qışı qazsız keçirəcək

 

Kürdəmirin bu qəsəbəsi qışı qazsız keçirəcək

 

Kürdəmir rayonunun Qarabucaq qəsəbəsinin sakinləri illərdir ki, qaz üzünə həsrət qalıb. Bakı-Qazax magistralının kənarında olan qaz xəttinin olmadığı, sakinlərinin qaz üzünə həsrət qaldığı bu qəsəbə sanki Azərbaycan dövlətinin yadından çıxmış bir məkana bənzəyir. 

 

Yenixeber.org: Qarabucaq qəsəbəsinin sakini İlham Alışov bildirib ki, sovet dövründə də qəsəbəyə qaz xətti çəkilməyib.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da bu problem həllini tapmayıb.

İpək yolunun kənarında yerləşən bu qəsəbənin diqqətdənkənar qalması çox düşündürücüdür.

"Soyuq qış aylarında kənd sakinləri neft almaq məcburiyyətində qalırlar", - deyən İlhan Alışov bildirib ki, neftin bahalaşması sakinləri çıxılmaz vəziyyətə salıb: "Qarabucaq qəsəbəsi ilə Kürdəmir rayonunun arası cəmi 10 km-dir. Qəsəbəmiz İpək yolunun kənarında - Bakı-Qazax yolunun 201-ci km-də yerləşir. İllərdir ki, qəsəbəmiz qaz üzünə həsrət qalıb, yaxınlıqda meşə də yoxdur ki, ağaclarından gətirib yandıraq. Keçən ilə qədər neft alıb yandırmaqla birtəhər dolanırdıq, neftin bahalaşması isə bizi lap çətinə salıb, yəqin ki, bu qış lap dözülməz olacaq. Qəsəbə içməli su qıtlığı yaşanır.

Ümumiyyətlə, qəsəbəmiz sanki dövlətin yadından çıxmış bir məkandır. Necə ola bilər ki, magistiral yolla dəmir yolunun arasında olan bu qəsəbə bu qədər diqqətdən kənarda qalsın. Ucaq bir kənd olsaydıq, bunu başa düşərdik, ancaq necə deyərlər, ölkənin tən ortasında - İpək yolunun  kənarında olan bir qəsəbəyə bu qədər diqqətsizliyin haradan qaynaqlandığını başa düşə bilmirik. 

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev açıqlamasında bildirdi ki, cari ildə dövlət proqramına uyğun 45 yaşayış məntəqəsi qazlaşdırılıb. 

"Azəriqaz"  yetkilisi qeyd etdi ki, növbəti ildə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi dövlət proqramına daxil edilərsə və maliyyə ayrılarsa, qazlaşdırma həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam