Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Nardaranlılar işçilərimizi döyməsə, qaz verəcəyik"

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi Bakının Nardaran qəsəbəsinin sakinləri ilə ötən illər ərzində böyük problemlər yaşayıb.

Xeberinfo.com:    Məlumata görə, bunu "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev deyib.

Ə.Hacıyevin sözlərinə görə, qəsəbə sakinlərinin müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırılıb: "Əvvəllər Nardarana bir istiqamətdən qaz verilirdisə, hazırda təchizat üç istiqamət üzrə aparılır. Lakin ötən il xaricdən alınan bahalı sayğaclar kənd sakinləri tərəfindən sındırılıb. Bu səbəbdən biz bu ilin yay ayından etibarən təbii qazın təchizatını dayandırdıq.

"Azəriqaz"ın əməkdaşları Nardaran qəsəbəsinin sakinləri tərəfindən dəfələrlə təzyiqə məruz qalıb, döyülüb. Dünəndən etibarən sayğac sisteminin vəziyyətinə baxış başlanılıb. Məhz bundan sonra sayğacın neçə sındırıldığı müəyyən ediləcək. Dünəndən etibarən "Azəriqaz"ın əməkdaşları qəsəbəyə gəlib və sakinlərlə müvafiq müqavilələr imzalayırlar. Müqavilənin şərtləri ilə razılaşan sakinlər qazla təmin olunur. Əgər qəsəbə sakinləri bizim əməkdaşlarımızı təhqir etməyəcəksə, döyməyəcəksə, biz onları təbii qazla təmin edəcəyik. Onlar da Azərbaycan vətəndaşlarıdır. Amma biz işçilərimizi də riskə ata bilmərik" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam