Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Aztəminatlı ailələr üçün meyvə bağları salındı– FOTOLAR

Aztəminatlı ailələr üçün meyvə bağları salındı

 

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Şəmkirdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb

 

Yenixeber.org: Təşkil edilən ağacəkmə aksiyası zamanı Şəmkir rayon icra hakimiyyəti tərəfindən ayrılmış 2.5 hektar torpaq sahəsinə 1200 ədəd meyvə ağacı əkilib.

Salınan meyvə bağı Şəmkir rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələri arasında bölünərək onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar. Sözügedən aksiyada Şəmkir rayon icra hakimiyyəti nümayəndələri də iştirak ediblər.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması oktyabr-noyabr ayları ərzində Qax, Sabirabad, Beyləqan, Lənkəran, Ağdaş, Tovuz və Ağstafa  rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcəkdir. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 9000-ə yaxın meyvə ağaclarının əkilməsi nəzərdə tutulub.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı rayonunda salınmış və 3 aztəminatlı ailənin təmənnasız istifadəsinə verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam