Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

İsmayıllı - abadlıq və inkişafın ünvanı

 

 

                      İsmayıllıda işgüzarlıq da var, saflıq və qayğıkeşlik də

"Xeberinfo.com": Məhz elə bu mühüm amillərin qırılmaz vəhdətidir ki, İsmayıllı hər gün inkişaf edir, hər gün yeniləşir. Ötən ilin yanvar hadisələri zamanı suları bulanan İsmayıllıdan bu gün əsər əlamət qalmayıb desək, yanılmarıq. Çünki rayonda yaradılan işgüzar mühit, saflıq, qayğıkeşlik, haqqın, ədalətin hər yanda, hamı tərəfindən gözlənilməsi, üstəgəl yüksək təşəbbüskarlıq, məqsədyönlü tələbkarlıq əhval-ruhiyyəsi İsmayıllıda yeniləşməni sürətləndirdi. Bəli, sürətləndirdi. Ona görə bu ifadəni işlədirik ki, İsmayıllı son bir il yarımda tikinti, quruculuq, abadlıq, adamların sosial qayğı və ehtiyaclarının təminatı sahəsində bəlkə də on-onbeşillik həcmi xatırladan bir yol keçib. Bütün bunların bir səbəbi də var. O da İsmayıllı adlı bir gəminin sükanının qeyd olunan dövrdə çox etibarlı əllərə tapşırılması, o sükançının ürəyindəki yurd-yuva, torpaq, el-oba sevgisidir. O yaxşı bilir ki, duyğusuz, düşüncəsiz ürək sinəyə yük olur. O, sevəndə, seviləndə dağdan da böyük görünür. Bax, yeniləşən İsmayıllı bu cür ürəklərin hərarəti, səsi, təpəri ilə ucalıq zirvəsinə gedən yolda inamla addımlayır. Bu cür ürəklərin saflığı, qayğısı sayəsində burada indi sular dupdurudur, hər yanda qaynarlıq, hər ünvanda çalışqanlıq hökm sürür.

 

 

Yeni tikintilər,abadlaşan yollar, küçələr


Sözün həqiqi mənasında İsmayıllı son bir il yarımda respublikamızın digər bir sıra bölgələri kimi əsl tikinti meydançasını xatırladır. Ötən il və bu ilin keçən dövründə çoxlu yaşayış evləri, inzibati binalar, sosial obyektlər tikilmiş, yeni yollar salınmışdır. Ümumilikdə bildir 12 min 556 kvadratmetr yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da 2012-ci illə müqayisədə 10,5 dəfə çoxdur. Vətəndaşların müraciətləri ilə H.Əliyev prospektində, H.Zərdabi küçəsində 240 və 150 yerlik xeyir-şər evləri tikilmiş, Ə.ƏIəkbərzadə küçəsində yeni avtovağzal inşa olunmuşdur. İvanovka kəndindəki sutkalıq gücü 16 fon olan çörək zavodu, Sumağallı kəndində  1,8 meqavat gücündə su elektrik stansiyası, İsmayıllı şəhərindəki tikiş fabriki, Lahıc qəsəbəsi və İvanovka kəndinin hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan, Topçu kəndlərindəki həkim məntəqələri, İsmayıllı şəhərində tikilən cüdo mərkəzi son bir il yarımda istifadəyə verilən obyektlərdəndir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılmış maliyyə dəstəyi ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu yenidən qurulmuş, yenə ölkə başçısının maliyyə dəstəyi ilə İsmayıllı-Göytəpə-Ruşan-Qalıncaq yolunun başdan-başa yeniləşdirilməsi, kənd təsərrüfatının sənaye yönümlü istiqamətinə diqqətin artırılması və bu məqsədlə Kürdmaşı kəndində "İsmayıllı Şərab-1" ASC-nin şərab zavodunun yenidən qurularaq istehsala başlaması, "Quşculuq" ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi kimi onlarca faktlardan, ürəkaçan işlərdən ismayıllılılar sevinc və məhəbbətlə söhbət açırlar. İndinin özündə də rayonun hansı ünvanından yolunu salsan, kiminlə həmsöhbət olsan tikinti quruculuğun vüsətini görər və bu ürəkaçan mənzərələrin yaratdığı xoş ovqatlarla qarşılaşarsan.
Zərifə Əliyeva adına parkda aparılan yenidənqurma, Velosiped zavodunun tikintisinə başlanması, yeni bazarın inşa edilməsi, yaşıl marketin qurulması, rayon mərkəzinin bir sıra küçə və prospektlərində, daxili yollarında asfaltlanma işlərinin aparılmasını və digər bu kimi sosial, abadlıq-quruculuq mənzərələrini gözlərimiz qarşısında canlandıranda, burada yüzlərlə ismayıllılının işlə təminatını görəndə rayonda bu istiqamətdə götürülən startın sönmədiyini, əksinə, gündən-günə vüsətləndiyini aydın görürsən.

 

 

Səyyar görüşlər,reallaşan arzular

 

Son illər İsmayıllı Rayon İcra Hakimiyyətinin vətəndaşlarla səyyar görüşləri, onların tələb və ehtiyaclarının elə yerindəcə öyrənilib aradan qaldırılması, bir sözlə, adamların bürokratçılıqdan tam uzaqlaşdırılması kimi məsələlərə də xüsusi önəm verilir. Elə icra başçısından başlamış, aparatın bütün idarəetmə strukturu məhz yerlərdə olur, görülən işlərə nəzarət, əməli köməklik edir, əhalinin dərd-sərləri ilə qaynayıb qarışırlar. Belə bir faktı bildirdilər ki, son bir il yarımda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov elə bir ünvan yoxdur ki, orada vətəndaşları qəbul etməsin, ya da onlarla səyyar görüşdə olmasın.Təkcə 2013-cü ildə 80-ə yaxın qəsəbə və kənddə səyyar qəbul və görüş keçirmişdir. Həmin tədbirlərin iştirakçıları olan 14 minə yaxın vətəndaşdan 703 müraciət daxil olmuşdur. Bu ilin ötən dövrünün həmin göstəricilərini də bura əlavə etsək, ismayıllılılarla rayonun rəhbərliyi arasındakı sıx ünsiyyətin,  onların  arzularının  reallaşması istiqamətində inamlı addımlar atıldığının canlı şahidi olarıq. Bəzi faktlara müraciət etmək yerinə düşər. Ötən ilin fevral ayında Tircan kəndində keçirilən səyyar qəbulda buradakı elektrik dirəklərinin qəzalı vəziyyətdə olması, kəndə qaz xəttinin çəkilməsi, orta məktəb binasının təmirə ciddi ehtiyacı olması, su problemi, yeni ailə quranlara həyətyanı torpaq sahələrinin verilməsi barədə tircanlıların qaldırdıqları məsələlər arzu olaraq yerində qalmamışdır. İcra hakimiyyətinin birbaşa müdaxiləsi, yaxından köməkliyi sayəsində elektrik dirəkləri yeniləri ilə əvəzlənmiş, kənd əhalisinin təbii qazla təminatı həyata keçmiş, məktəb binası əsaslı təmir edilmişdir. Digər məsələlərin həlli üçün də əməli tədbirlər həyata keçirilmişdir.
Qalıncaq kəndində 360 şagird yerlik məktəb binasının tikintisi, içməli su probleminin həlli üçün yeni artezian quyusunun qazılması, kənd investisiya layihəsi əsasında şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin həyətlərinə və kəndin bütün küçələrinə su xətlərinin çəkilməsi, Qalıncaq, Göytəpə, Ruşan avtomabil yolunun əsaslı təmiri, Diyallı kəndinə magistraldan gələn yolunun daxili imkanlar hesabına təmiri, bu yaşayış məntəqəsinə qaz xətti çəkilişinə başlanması kimi onlarca təkliflərin icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun işgüzarlığının hər yanda, hər sahədə saflıq, qayğıkeşlik əhval-ruhiyyəsi yaradılmasının, ən nəhayət, səyyar qəbullarda vətəndaşlarla birbaşa əlaqəsinin uğurlu nəticələrindəndir.

 

 

      Məcburi köçkünlərə qayğı,vətənə, torpağa məhəbbətdir

 

Respublikamızın hər yerində olduğu kimi, İsmayıllıda da bu, önəmli yer tutur. Bu vacib məsələdə Azərbaycan Respublikası  Prezidentinin fərman, sərəncam, tövsiyə və tapşırıqları əsas götürülür. Qeyd edək ki, İsmayıllı ərazisində 864 ailədə birləşən 3 min 470 nəfər məcburi köçkün yaşayır.  Onların  əsas  hissəsi  rayonun  Kəlbənd, Kürdmaşı, Qubaxəlilli, Qalıncaq, Quşencə,   Tircan,   Qoşakənd,   Ruşan kəndləri və şəhər ərazisində müvəqqəti məskunlaşmışlar. Məcburi köçkünlərə qayğı ardıcıldır, sistemlidir və dövlət siyasətindən qaynaqlanır. Rayon icra hakimiyyətinin rəhbərliyi daim  məcburi  köçkünlərin  yanındadır. Aldığımız  məlumatlardan,  ağsaqqallarla, həmçinin Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə aparıcı məsləhətçisi Tahir Əliyevlə söhbətlərimizdən aydın oldu ki, məcburi köçkünlərdən və qaçqınlardan  ibarət olan  Qoşakənd  kəndinə  Məcburi  Köçkünlərin Sosial İnkişaf Fondu xətti ilə 25 kilometrdən, keçmiş Tircan ferması ərazisinə 2 kilometrdən içməli su xətti çəkilmişdir.  1994-1997-ci illərdə inşası yarımçıq qalmış 13 fərdi yaşayış evinin tikintisi başa çatdırılmış, daha sonra əvvəl qaçqın, sonra isə məcburi köçkün düşmüş soydaşlarımız üçün 46 ev tikilmişdir.
Fondla birgə layihələr əsasında Uştal və Pirdinar kəndlərində məktəb binaları tikilmiş, Tubukənd kəndində yaşayan məcburi köçkünlərin içməli su ilə təminatı üçün 3 artezian quyusu qazılmış və nasoslar qoyulmuşdur, Qalıncaq, Pirdinar və Tubukənd kəndlərinin yolları qaydaya salınmışdır. Kürdmaşı kəndinin başlanğıc ərazisində müvəqqəti məskunlaşmış 32 məcburi köçkün ailəsinin evinə qaz xətti çəkilmişdir. Bir neçə yerdə artezian quyuları qazılmış, ehtiyac olan yerlərdə təmir işləri aparılmış, güc transformatorları və nasoslar qoyulmuş, elektrik xətləri çəkilmişdir. Məktəb binalarında yaşayan məcburi köçkünlər üçün şəhər ərazisində 45 fərdi evdən ibarət yeni qəsəbə salınmış və 2013-cü ildə istifadəyə verilmişdir. Burada məktəb və tibb məntəqəsi də tikilmiş, asfalt yol çəkilmişdir. Yeni qəsəbənin sakinlərinin gediş-gəlişini asanlaşdırmaq üçün qəsəbəyə avtobus marşrutu da açılmışdır. Bir sözlə, rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər dövlət təşkilatının ünvanı olaraq rayon icra hakimiyyətini özləri üçün ümid qapısı kimi yaxşı tanıyır, ora müraciət edir, narahat olduqları, qarşılaşdıqları bəzi məsələlərin həllinə çarəni məhz bu ünvanda tapırlar.
Lakin bəzilərinin göstərilən diqqət və qayğıya kölgə salması, müxtəlif müxalifət yönümlü mətbuat orqanlarına şər böhtanlarla üz tutması rayon ictimaiyyətində haqlı narazılıqlarla qarşılanır. Rayon ağsaqqallar şurasının sədri İnqilab Həsənovun, veteranlar şurasının sədri Niyaz Ağayevin, ağsaqqal Abduləli Əliyevin söhbətlərində Ağdamdan olan məcburi köçkün Səhrad Əliyevin bu cür xoşagəlməz hərəkəti pislənildi. Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə aparıcı məsləhətçisi Tahir Əliyev məlumatında bildirdi ki, adı çəkilən həmin adama rayona gəldiyi ilk gündən köhnə peşə məktəbinin binasında yaşayış üçün yer verilmiş, ora qaz çəkilmiş, yeni salınan qəsəbədə isə 2 otaq düşdüyü halda ona 3 otaq yaşayış evi verilmişdir. Müəyyən vaxtlarda digər ehtiyac və problemlərinin həllinə imkanlar müqabilində köməkliklər də göstərilmişdir.
Tahir müəllim yekunda onu da dedi ki, əlbəttə, belələri vətəni, torpağı üçün döyünən ürəklərin bu gün gördükləri qayğılardan özlərində sanballı mənəvi güc tapanların qarşısında çox gücsüzdürlər. Çünki İsmayıllıda məcburi köçkünlərə qayğı və diqqət Vətənə, torpağa, dövlətə, dövlətçiliyə məhəbbətdən qaynaqlanır.

 

 

Təhsilin uğurları,gənclərin fəallığı artır

 

İsmayıllıda təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni məktəb binalarının tikintisi, təhsil islahatlarının həyata keçirilməsi, təlim prosesində müasir təlim üsullarının tətbiqi sahəsində əsaslı işlər görülür. 2013-cü ildə dövlət vəsaiti hesabına rayonun Müdri, Yeniyol kənd tam orta, Mücü kənd ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik, Pirəbilqasım kənd ibtidai məktəbi üçün 40 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. İsmayıllı şəhərində 140 uşaq yerlik yeni uşaq bağçası-körpələr evi tikilmişdir. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllı şəhər 2 saylı uşaq bağçası üçün yeni bina inşa olunmuşdur. 2014-cü ildə dövlət vəsaiti hesabına Qalıncaq kənd tam orta məktəb üçün 380 şagird yerlik, Şəbiyan kənd ümumi orta, Küllülü kənd ibtidai orta məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kənd uşaq bağçası üçün  40 uşaq yerlik yeni binaların tikintisində işlər davam edir.
Respublika Prezidenti cənab ilham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması Proqramı" İsmayıllı rayonunda uğurla yerinə yetirilir. Təhsilə göstərilən yüksək dövlət qayğısı öz nəticəsini verir. "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" nın yerinə yetirilməsi istiqamətində rayonda məqsədyönlü tədbirlər həyata keçirilir, istedadlı şagirdlərin uğurları daha da artır.
Ötən il fənn olimpiadalarının respublika mərhələsində rayonun 8 nəfər istedadlı şagirdi qaliblər sırasında yer tutmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarında Lahıc qəsəbə tam orta məktəbin məzunu Almaz Bayramlı, Təzəkənd kənd tam orta məktəbin məzunları Aydan Ağazadə və Murad Şahlarlı qızıl medal almışdır.
Rayon abuturiyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 241,17-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 10,4 faiz yuxarıdır. 2013-cü ildə rayonun 325 məzunu tələbə adını qazanmışdır. Onlardan 21 nəfəri 600-dən yuxarı,  52 nəfəri 500-600 arasında bal toplamışdır.
Ali məktəblərə tələbə qəbulu imtahanlarında qazandıqları yüksək nəticələrə görə məzunlardan Əliqulu Əlili, Aygün Cəbiyeva, Aydan Ağazadə, Aqil Ələkbərov, Ceyhun Əmirxanlı Prezident təqaüdünə layiq görülmüş dür.
Ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsinin rayon mərhələsinin qalibi Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi Gülqədəm Fərmanlı müsabiqənin Respublika mərhələsində də müvəffəqiyyətlə iştirak edərək qaliblər sırasında yer tutmuş, Respublika Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun və Yeni Azərbaycan Partiyasının qiymətli hədiyələri ilə təltif edilmişdir.
Akademik Zərifə xanım Əliyevanın yubleyi ilə əlaqədar "Ana müqqədəslik zirvəsidir" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin respublika mərhələsində İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdi Aysel Bağırlı həvəsləndirici yer tutmuşdur.
Şəhər 1 saylı tam orta məktəbin müəllimi Pərvanə Piriyeva ümummilli lider Heydər Əliyevin yubileyi ilə əlaqədar müəllimlər arasında "Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm" adlı yazı-məqalə respublika müsabiqəsində I yeri tutmuşdur.
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrində hər il Ismayıllı rayonu uğurlu nəticələr qazanır. "Ən yaxşı ümumtəhsil müəssisəsi"nin 2012-2013-cü dərs ilində keçirilən müsabiqəsində rayonun şəhər 1 saylı, Lahıc qəsəbəsi, Talıstan kənd tam orta məktəbləri qalib gəlmişdir. Bu həmin məktəblərin müsabiqə tarixində ikinci qələbələridir.
"Ən yaxşı müəllim" müsabiqəsində İsmayıllının dörd nəfər qabaqcıl müəllimi-Ruhiyyə Mahmudova, Şəkər Hacıyeva, Briliyant Mürsəlova, Minazər Mahmudova qalib gəlmişdir. Ümumilikdə müsabiqələrin keçirildiyi 6 il ərzində rayonun 19 tam orta məktəbi "Ən yaxşı ümumtəhsil müəssisəsi", 16 müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi oimuşdur.
İsmayıllı gəncləri təhsildə olduğu kimi, müxtəlif idman yarışlarında da respublika və beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov bizimlə söhbətində bir məsələni xüsusi vurğuladı ki, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ötən il və bu ilin keçən dövründə bu və ya digər məsələlərlə bağlı gənclərlə 10 dəfə görüşmüşdür. İsmayıllı gəncləri onu özlərinin ən yaxın sirdaşları, dostları, həm də çox düzgün, sonunda böyük uğurlar görünən yolu göstərən insan kimi yüksək dəyərləndirirlər. Bu qayğı və diqqətin nəticəsidir ki, onların uğurları da, sabaha inamları da günbəgün artır. Təkcə bu ilin ötən dövründə "Vətənin müdafiəsinə hazıram" poliotlon çox növçülüyü üzrə zona birinciliyində İsmayıllı komandası I yerə çıxmışdır. Vüsal Abdullazadə Portuqaliyanın Vaqos şəhərində karate üzrə dünya çempionatında II, Toğrul Şahlarlı qol güləşi üzrə Bakıda keçirilən Avropa çempionatında I yerə layiq görülərək Avropa çempionu olmuşdur. Tuncay Əliyev Türkiyədə keçirilən çox mübarizəli idman döyüş növləri üzrə Avropa çempionatında çempion adına layiq görülmüşdür.
Kamil Qafarov isə Soçi şəhərində keçirilən Poverliftinq və Nena-Press üzrə dünya çempionatında dünya çempionu adını qazanmışdır. Uğurların çoxluğu, qarşılarında duran vəzifələrin möhtəşəmliliyi, başqa sözlə, İsmayıllının daha gözəl, firavan, abad görünməsi naminə həyata keçirilməli tədbirlər burada hamını düşündürür.

 

Rasim AMANOV, "Respublika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam