Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Səyyar qəbullar səmərəsini verir -Füzulidə (FOTOLAR)

Səyyar qəbullar səmərəsini verir -

  

    Prezident cənab İlham Əliyevin “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, ”Dövlət məmuru xalqın xirdmətçisidir” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

  Xeberinfo.com:  Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Kərimbəyli və Aşağı Yağlıvənd kənd sakinləri ilə keçirilmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 Səyyar-qəbul görüşdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Alı Alıyev qeyd edib ki, Kərimbəylivə Aşağı Yağlıvənd kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir,  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

  Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin Kərimbəyli və Aşağı Yağlıvənd kəndlərində gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

Alı Alıyev Kərimbəyli və Aşağı Yağlıvənd kəndlərində pambıqçılıq, baramaçılıq və heyvandarlığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyani və pay torpaqlarından səmərəli istifadə etməyi, kənd təsərrafatı məhsullarına olan daxili tələbatlarını özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödəməyi tövsiyyə edib.

Alı Alıyev kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib.

 

Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -
Səyyar qəbullar səmərəsini verir -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam