Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

300 sahibkardan torpaqlarından imtina etmək tələb edilir

Şamaxı və Hacıqabul rayon icra orqanları vətəndaşlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edirlər.

Xeberinfo.com:   Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı facebook səhifəsində icarədarlara istinadən məlumat yayıb. Həmin yazını təqdim edirik:

“Dostlar, Şamaxi və Haciqabul rayonları ərazisində 50 min hektara yaxin qış otlaq sahələri təyinatı dəyişdirilmək adi ilə hər iki rayonun hakimiyyət strukturları tərəfindən ələ keçirilmək təhlükəsi ilə üzləşib. Söhbət həmin ərazidə 300-ə yaxin sahibkar və 500-dən çox ailəyə məxsus, təxminən 200 min baş xirdabuynuzlu və 10 min baş iribuynuzlu heyvanlardan ibarət 300 heyvandarlıq təsərrüfatının taleyindən gedir.

Həm Şamaxı, həm də Hacıqabul rayonlarının icra hakimiyyəti başçıları sahibkarları ayrı-ayrılıqda icra hakimiyyətinə çağıraraq onlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edir və bildirirlər ki, əks təqdirdə həmin ərazilər onlardan məcburi qaydada alınacaq. Özbaşınalıq o həddə çatıb ki, hər bir sahibkarin təxminən 550 min manat dəyərində olan əmlakina 25 min manata qədər pul təklif edirlər. Kənd təsərrüfatının, heyvandarlığın inkişafına bundan böyük zərbə olarmı? Ölkə bir qrup quldurun, oliqarxın əlində alver obyektinə çevrilib. Sahibkarların əmlakı zor gücünə əllərindən alınır, illərlə və min cür əzab-əziyyətlə qurduqları təsərrüfatlar oliqarxların hədəfindədir.

Bu məsələnin daha geniş ictimailəşdirilməsinə hər birimiz yardım edək, diqqəti növbəti məmur qudurğanlığının qurbanına çevrilən 300 sahibkarın hüquqlarının müdafiəsinə cəlb edək.

Sahibkarların dövlət başçısına, digər aidiyyatı dövlət orqanlarına müraciətlərinə indiyə qədər heç bir reaksiya verilməməsi bu göstərişin ən yuxarı səviyyədə verilməsinə şübhələri daha da artırır…”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam