Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcra başçısının birinci müavini korrupsiyada ittiham olunur: Laçında

        İcra başçısının birinci müavini korrupsiyada ittiham olunur: Laçında

 

Bəbdəbəli villalar, bahalı maşınlar, iri fermer təsərrüfatı...

 

Xeberinfo.com: Redaksiyamızın elektron poçtuna Laçın rayon sakini-hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış  2-ci qrup əlil Xudayarov Baxşeyiş Salyan oğlunun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətinin surəti daxil olub. Baxşeyiş Xudayarov müraciətində Laçın rayon icra hakimiyyətinin başcısının  birinci müavini Tofiq Mirzəyev və sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin  müdri Eldəniz  Qasımovun özbaşınalığından bəhs edir və onları müxtəlif korrupsiya əməllərində ittiham edir. Mövzuya ictimai marağı nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

 

 “Hörmətli Cənab Prezident Laçın rayon İcra Başcısının  birinci Müavini Tofiq Mirzəyev və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin  müdri Eldəniz  Qasımov Laçın rayonunu dağıdıb, rayonun icra başcısı bu iki şəxsdi. Bildirirəm ki, dövlət tərəfindən Laçın rayon sakinlərinin sosial problemlərinin həllinə və  həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədən ayrılan milyon manatlarla vəsait  Laçın  Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Tofiq Mirzəyevin  başçılıq etdiyi korrupsioner mafiya tərəfindən saxta sənədlər düzəltməklə  mənimsənilir.

 

Məsələn: Laçın rayon idarə və müəssələrinin zəruri və əsaslı təmir-bərpa işlərinə, inventar və avadanlıqların alınmasına ayrılmış yüzmin manatlarla pulu saxta sənədlər düzəltməklə  mənimsəyiblər. Maliyyə nazirliyi tərəfindən araşdırılma aparılsa ayrılan vəsaitin heç  10%-i də bu sahəyə xərclənməyib.

 

Laçın rayon bütün idarə və müəssisələrini korrupsiya yuvasına çevrən T.Mirzəyev bu idarə və müəssisələrdəki iş yerlərinin(Texniki ştatlardan tutmuş bütün dövlət qulluğu vəzifələrini) hamısını hərraca çıxararaq satır. Laçın rayonunun bütün idarə və müəssələrində korrupsiya rüşvətxorluq baş alıb gedir.

 

Laçın rayon idarə və müəssisə rəhbərlərinin yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında Laçın rayon sakinlərinin cənab prezidentə və aidiyyatı dövlət orqanlarına ünvanladğı müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə  göndərilsə də şöbə müdri Eldəniz  Qasımov idarə və müəssisə rəbərlərindən rüşvət alaraq vətəndaşların müracətlərinə baxılmaması üçün şərait yaradır və dövlət orqanlarına yanlış izahatlar verərək vətəndaşların müracətlərini  üst-bastır edir.  E,Qasımov bənzər əməllərin üstündə  Laçın Rayonun sabiq İcra Başçısı R.Cəbrayılıov tərəfindən vəzifədən qovulmuşdur. Lakin R.Cəbrayılıov işdən çıxdıqdan sonra E.Qasımov yüksək məbləğdə rüşvət verərək yenidən İcra Hakimiyyətinə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri təyin edilmişdi.

 

 

Laçın rayon İcra Hakimiyyətinin tabeliyinde formalaşmış xeyiriyyə fondu T.Mirzəyevə və E.Qasimova xidmət edir. Adıçəkilən şəxslər küllü miqdarda pulu yaxın qohumlarının və dost-tanışının adına yazaraq mənimsəyiblər. Aidiyyatı orqanlar tərəfindən  yoxlama aparılsa bunun əyani şahidi olarlar.

 

T.Mirzəyev kənd icra nümayəndələri ilə əlbir olaraq dövlət tərəfindən məcburi köçgünlərə verilən yardımları (qış yanacaq ehtiyyatı neft və ərzaq məsuları) Ağcabədi rayon Taxta-Körpü ərazisidə yaşamayan Laçın məcburi köçkünlərinin adına yazıdıraraq satdırır.

 

 

Tofiq Mirzəyev LRİH-nin başcısının birinci müavini təyin olunduqda Ağcabədi rayon Taxta-Körpü Qəsbəsində Məcburi Köçgünlər üçün tikilmiş qəsəbədə bir evi və VAZ 2106 markalı maşını olub, amma bu gun dövlət büdcəsindən oğurladığı milyon manatlarla vəsaitin və aldığı yüz min manatlarla  rüşvətin nəticəsi olaraq Ağcabədi rayonunda və Bakı şəhərində dəyəri milyon manatlarla ölçülən villaları, “Toyota Land Cruiser Prado” markalı maşını və İmişli rayonunda dəyəri milyon manatlarla ölçülən fermer təsərrüfatı yaratmışdır.T.Mirzəyev bu mülkə 3 ildən az müdətə sahib olub.

 

Hörmətli cənab prezident, hər il dövlət büdcəsindən Laçın rayonuna ayrılan vəsaitin yarısından çoxu bu məmurların şəxsi ciblərinə gedir. Məcburi Köçgünlərin vəziyyətini yaxşılaşdırmaq əvəzinə ağırlaşdırırlar”.

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam