Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Kürdəmirdə “Şahin” hərbi-idman oyunu keçirilib - FOTO


 

            Bu gün Kürdəmir Rayon Mərkəzi stadionunda rayonun 43 ümumtəhsil məktəbinin iştirakı ilə “Şahin” hərbi-idman  oyunu keçirilib.

Xeberinfo.com:   Yarışın açılış mərasimində Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev şahinlərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin parlaq qələbəsindən söz acdı və bu işdə hərbiçilərimizə yeni-yeni zəfərlərlər arzuladı.

Döyüşlərdə şəhid olan igid şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad olundu.

Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından şahinləri təbrik etdi. Vəsilə Əsgərli çıxışında qeyd edib ki, aprel ayının 1-dən 2-sinə keçən gecə ordumuzun qələbəsi tarixi zəfərlərindən biridir. O bildirib ki, möhtərəm Prezidentimiz Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız yaxin vaxtlarda Şuşada, Laçında, Xankəndində, Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır. Bu qələbələrə qedən yol məhz belə hərbi vətənpərlərlik yarışlarından başlayır.

 

         Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və dövlət bayrağı qaldırıldı.  Sonra yarış açıq elan olunaraq mərhələlərə start veildi. Sıra hazırlığını Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin zabitləri qəbul etdi. Komandalar növbəti mərhələlərə buraxıldı. 8 mərhələdə keçirilən  yarışın yekun nəticələri aşağıdaki kimi müəyyən olundu. Cöhranlı kənd tam orta məktəbin şahinləri I yeri, şəhər 6 saylı tam orta məktəbin şahinləri II yeri, şəhər 2 saylı tam orta məktəbin şahinləri III yeri tutdular.
         Qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olundu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam