Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Sabunçudakı 3 saylı xəstəxana:Problem və çatışmazlıq nədən ibarətdir?

 

Yenixeber.org:   Sabunçuda yerləşən 3 saylı xəstəxana sıxlığı ilə diqqət  çəkir. O səbəbdən ki, adıçəkilən rayonun Maştağa, Zabrat, Balaxanı, Bilgəh, Ramana kimi kəndlərində yaşayan sakinlər birbaşa 3 saylı xəstəxanaya üz tuturlar. Bir müddət əvvəl Sabunçu ərazisində yeni xəstəxananın tikilməsi gündəmə gəlsə də sonradan bunun zəruriliyi nəzərə alınmadı.

Maraqlıdır, hazırda yeni xəstəxananın tikilməsi məsələsinin gündəmə gətirilməsi nə dərəcədə doğru ola bilər?

Eyni zamanda, yeni və gənc kadrların xəstəxanaya cəlb edilməsində yeniliklər varmı?

Mövzuya Milli Məclisin Sabunçudan seçilən deputatı Fazil Mustafa aydınlıq gətirib.

 

“Daha modern xəstəxana tikilə bilər”

“Yeni xəstəxanaya zərurət yaranması məsələsinə diqqət yetirmək lazımdır. Büdcədən ayrılan vəsaitlərin miqdarı azaldığına görə, hazırda  bu cür sosial layihələrə nəzər yeyirmək o qədər də real görünmür. Təbii, gələcəkdə olan bilsin ki, daha modern xəstəxana tikilsin. Amma bir məqamı vurğulamaq istəyirəm ki, Sabunçuda yerləşən 3 saylı xəstəxana ciddi şəkildə təmir olunub. Təmir olunduğuna görə də güman ki, yeni xəstəxananın tikilməsi məsələsi planlaşdırılmır. Amma infrastrukturun yaxşılaşdırılması, vətəndaşın tələbatına uyğun xidmət sahələrinin artırılması, müəyyən işlərin görülməsi və genişləndirilməsi baxımından da mümkündür. Konkret əsaslandırılmış təkliflər layihəsi olmalıdır ki, bunu qiymətləndirmək və büdcədən vəsait ayırmaq mümkün olsun. Çünki bunu əsaslandırmaq lazımdır”.

 

“Yol infrastrukturu güclənib”

Deputatın sözlərinə görə, rayon ərazisində yolların rahatlığına xüsusi önəm vermək lazımdır.

 

“Hər halda köhnə xəstəxanadır. Sabunçu özü də çox dağınıq rayondur. Burada kifayət qədər böyük kəndlər var. Bu kəndlər arasında məsafələr də çox uzaqdır. Bir məsələ də var ki, yeni xəstəxana tikilsə belə müəyyən problemlər olacaq. Ona görə də öncə yol infrastrukturunun daha da güclənməsidir. Son vaxtlar Zabrat Maştağa yolu təmir olunub. Gələcəkdə bunun daha da genişləndirilməsi imkan yaradacaq ki, bura nəqliyyat vasitəsi ilə gəlib-getmək mümkün olsun. Ona görə də birmənalı nəsə söyləmək olmur. Yeni layihəyə çəkilən xərcdənsə yaxşı olar ki, yol infrastrukturu qaydaya salınsın və sakinlərə keyfiyyətli xidmət göstərilsin. Bunun da nəticəsində orada normal şərait yaratmaq mümkün ola bilər”.

 

Xaricdə təhsil alan tələbələr və onların gətirdiyi təcrübə

Fazil Mustafa deyir ki, 3 saylı xəstəxanada  yeni və savadlı kadrlara ehtiyac var.

 

“Çünki bizim tibb sistemimiz, təhsilimiz yetərli səviyyədə müasir tələblərə cavab verən kadr hazırlığı imkanlarına malik deyil. Vaxtında da tibb sistemində bu infrastrukturu qura bilmədik. Bunun da bir səbəbi pasientin hüquqlarının qorunması ilə bağlı qanunun olmaması idi. Digər tərəfdən həkimlərin özünün də hüquqlarının müdafiəsini təmin edən qanunun olmaması və tibb təhsilinin müasir standartlarla ayaqlaşmaması ilə bağlıdır. Hər halda, xaricdə və qonşu Türkiyədə təhsil alıb gələn müəyyən azərbaycanlı tələbələr,  ixtisaslı həkimlər var ki, onların oradan təcrübə gətirmək imkanları var. Bunlar gerçəkləşərsə, elə xəstəxananın yerləşdiyi yerdə də vətəndaşa yaxşı xidmət göstərmək mümkün olar”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam