Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanda ildırım bir naxırı tələf elədi

 

 

 

      Hadisə Yevlaxdakı fermer təsərrüfatlarından birində baş verib

  "Xeberinfo.com": Yevlaxdakı fermer təsərrüfatlarından birində ildırım vurması nəticəsində mal-qara tələf olub.

Məlumata  görə, hadisə rayonun Kövər kəndində Fikrət Nəbiyevə məxsus fermada baş verib. Belə ki, günorta saatlarında hava qəflətən pisləşib. İldırım çaxması ilə müşayiət olunan qısamüddətli yağış yağıb. İldırım fermanın ərazisindəki otlayan mal-qaranı vurub.

Nəticədə ərazidəki 50 baş iribuynuzlu mal-qaradan 13-ü tələf olub.

Fikrət Nəbiyevin sözlərinə görə, ona təqribən 25-30 min manat ziyan dəyib. Yevlax Rayon Baytarlıq İdarəsindən aldığımız məlumata görə, hadisə baş verən yerə artıq baxış keçirilib. İdarədən bildirdilər ki, tələf olmuş heyvanlar arasında heç bir xəstəlik yoxdur. Buna baxmayaraq ildrım vurmuş heyvanların əti yararsız hesab olunur və torpağa basdırılaraq məhv ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam