Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vergilər Nazirliyi ilə birgə tədbir


          

    "xeberinfo.com": Naxçıvan Dövlət Universiteti Vergilər Nazirliyi ilə birgə seminar məşğələ keçirib. Seminar məşğələdə plastik kartların növləri, ticarət, xidmət obyektlərində pos-terminallardan istifadə edilməsi, internet vasitəsilə kommunal xərclərin və mobil telefonlara kartların yüklənilməsi və digər xərclərin ödənilməsi üçün internet üzərindən onlayn ödənişlərin edilməsi ilə bağlı məlumatlandırma aparılıb.

     Çıxış edən universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, bildirib ki, bütün sahələrdə müasirləşən, yüksək dinamizimlə inkişaf edən Azərbaycan hazırkı mərhələdə iqtisadi həyatın bütün sahələrində şəffaflığı və hesabatlılığı təmin etməyə müasir dünyanın tətbiq etdiyi yeniliklərdən səmərəli şəkildə bəhrələnməyə çalışır. Rektor, nağdsız ödənişlərin vəsaitlərin dövriyyəsinin surətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanılması və təsərrüfat əməliyyatlarının xərclərinin azaldılmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

    Vergilər Nazirliyinin şöbə rəisləri Mirhüseyn Seyidov, Rəşad Əliyev, Mübariz Əhmədov çıxışlarında, nağdsız ödənişlərin üstünlükləri barədə məlumatlar  verib, bu sahəyə marağın artırılması ilə bağlı maarifləndirici söhbətlər aparıblar. Vurğulanıb ki, nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından zəruri sayılır. Plastik kart sahiblərinin hər biri öz vəsaitlərinin bir hissəsini nağdsız aparsa, yüksək vəsaitlərin bank orqanlarında qalmasına şərait yaratmış olurlar ki, bunun nəticəsində də dövriyyənin sürətlənməsinə köməklik göstərirlər.  Bildirilib ki, ödəniş kartlarının  çoxsaylı üstünlüklərinin olmasına baxmayaraq, hal-hazırda respublikamızda kartlardan daha çox hesabımızda olan pul vəsaitlərinin bankomat vasitəsilə nağd şəkildə çıxarılmasında istifadə olunur. Bu isə hər zaman şahidi olduğumuz bankomatlar qarşısında insan kütləsinin növbədə durmasına səbəb olur. Halbuki, iri məbləğdə üzərində pul saxlamaq təhlükəsizlik baxımından rislikidir. Kart itəndə, yaxud oğurlananda banka məlumat vemək kifayətdir ki, bloklaşdırma aparılsın və heç kim ondan istifadə edə bilməsin. Bundan başqa nağdsız ödənişlərin hamısı rəsmi qeydiyyata alınır və vəsaiti vergidən yayındırmaq mümkün deyil.

     Çıxış edənlər vurğulayıblar ki, bu gün MR-da idarə, müəssisə və təşkilatlara ödənilən rüsumların, kommunal haqların və ticarət obyektlərində aparılan əməliyyatların pos-terminal və internet vasitəsilə həyata keçirilməsi reallaşmışdır. Bu sahədə ödənişlərin sayı ildən-ilə artacaq. Bununla da insanlar öz rahatlıqlarını təmin etməklə və əlavə olaraq vergidən yayınma hallarının qarşısının alınmasında bir vətəndaş kimi öz vəzifələrini ortaya qoymuş olacaqlar.

    Mərkəzi Bankın aparıcı mütəxəssisi Elçin Əliyev ödəniş kartlarının növləri, ödəniş kartlarının  öz istifadəçilərinə verdiyi imkanlar və bu kimi, digər məsələlər haqqında seminar iştirakçılarına məlumat verib.

    Sonda nağdsız ödənişlərin üstünlükləri barədə reklam çarxlarının tədbir iştirakçılarına təqdim olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam