Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sığorta inkişaf edən cəmiyyətin tələbidir

 

Naxçıvan Dövət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə tədbir keçirilib.

 

"xeberinfo.com": Tədbirdə çıxış edən, universitetin rektoru, professor Saleh Məhərrəmov vurğulayıb ki, müasir cəmiyyət inkişaf edir və insanlar yaxşı yaşamaq üçün  hər cür nemət və xidmətlərdən istifadə etməyə çalışırlar. Getdikcə genişlənən istehsal və tikinti işləri, nəqliyyat və rabitə əlaqələri, müasirləşən iş və məişət şəraiti artıq çox deyil, on il əvvəlki səviyyədən xeyli fərqlidir. İndi insanlar təsadüfi riskli hadisələrə qarşı hazırlıqlı olmağın vacib tələbat olduğunu real olaraq hər yerdə görürlər. Rektor Saleh Məhərrəmov ölkəmizdə hüquqi dövlət quruculuğu sisteminin formalaşmasını digər sahələr kimi, sığorta fəaliyyətinin də inkişafına səbəb olduğunu, 2007-ci ildə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu”n qəbul edildiyini nəzərə çatdırıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov “Sığorta inkişaf edən cəmiyyətin tələbidir” mövzusundakı məruzəsində bildirib ki, 2011-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıqlar sığorta işinin günün tələbləri səviyyəsində qurulmasına səbəb olmuşdur. Naxçıvan MR sığortasının inkişafını təmin edən başlıca amil sosial iqtisadi inkişaf və əhali gəlirlərinin davamlı artımı ilə bağlıdır. Məruzəçi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət, idarəetmə və struktur islahatları, sosial-iqtisadi inkişafın dinamik artımına səbəb olduğunu, bütün iqtisadi fəaliyyət sahələrinin inkişafına etibarlı zəmin yarandığını bildirib. Hikmət Əsgərov vurğulayıb ki, sığorta-bazar münasibətləri hər bir ölkədə infrastrukturun vacib elementi, sabit yüksəlişin təminatı sayılır. Sığorta sığortaolunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti ilə əlaqədar əmlak mənafelərinin bərpası məqsədilə yaradılan münasibətlər sistemidir. Bu münasibətlər sistemində iştirak edən hər iki tərəf – sığorta və sığortaolunanlar arasında qarşılıqlı münasibət, inam və etibar olmalı, sığorta üzrə əməliyyatlar qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməlidir.

Sığorta olmadan dəymiş ziyanı aradan qaldırmaq, iqtisadi dövriyyənin sabitliyini təmin etmək, təsərrüfat fəaliyyətində yaranan riskləri azaltmağın mümkünsüz olduğunu bildirən Muhasibat uçotu və maliyyə kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova, bu kimi marifləndirici tədbirlərin universitetdə keçiriliməsinin əhəmiyyətli olduğunu və ölkəmizdə sığorta sahəsində zəngin qanunvericilik bazasının yaradılmasını, bu sahənin inkişafı ilə əlaqələndirib.

 

 

Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam