Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kürdəmir rayonunda bu ilin birinci rübünün hesabat yığıncağı keçirildi

 

 

 Kürdəmir rayonunun 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin  Başçısı Cənab Ceyhun Cəfərovun hesabat  məruzəsi

                    

               

    Xeberinfo.com:   Hörmətli yığıncaq iştirakçıları!

 

        Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilməsi sayəsində 2016 -cı ilin birinci rübündə də ölkəmizin  inkişafı təmin edilmiş, qarşıda duran bütün məsələlər öz həllini tapmış, böyük layihələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır.

 

          Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 9 aprel tarixli iclasında bu ilin 3 ayında  görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.

 

          Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda Ermənistanın Azərbaycana qarşı etdiyi silahlı təxribatdan  və təxribatın qarşısı alınaraq düşmənə layiqli cavab verildiyini, Azərbaycanın öz torpaqlarını qoruduğunu, öz hərbi mövqelərini daha da möhkəmləndirdiyini bildirmişdir.

 

        Möhtərəm cənab Prezident Ermənistanın işğalçı siyasətini davam etdirdiyini, sülh istəmədiyini,  danışıqlar prosesini pozmağa çalışdığını, danışıqları sonsuz proses kimi görmək istədiyini bildirmişdir. 

 

        . Möhtərəm cənab Prezident qeyd etdi ki, biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxarılmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar.   

 

        Möhtərəm Cənab Prezident 3  ayda qarşıda duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunduğunu qeyd etmişdir.

 

        Aparılmış uğurlu islahatların nəticəsində 2016-cı ilin üç ayında iqtisadiyyatda müsbət meyillər davam etdirilmiş, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisi 5 faiz artmış,dünyada böhran yaşandığı halda əmək haqları 10 faiz  artırılmışdır.

 

        Ölkə iqtisadiyyatının şaxaləndirilməsi ilə bağlı tədbirlər davam etdirilmiş,  sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılmışdır.

 

        Birinci rübdə regionlarda 37 minə yaxın iş yerləri açılmışdır ki, bunlardan da 31 mini daimi iş yerləridir.

 

         Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.

 

Hörmətli yığıncaq iştirakçıları!

 

       

Dövlət Proqramına əsasən rayonumuzda da nəzərdə tutulmuş  bir çox tədbirlər  uğurla həyata keçirilmişdir.    

 

“Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)” icrasının ikinci il dönümü ilə əlaqədar keçirilmiş müşavirədən sonra Respublikamızın hər bir regionunda olduğu kimi rayonumuzda da böyük irəliləyiş olmuş, yeni iş yerlərinin yaradılması istiqamətində böyük və ardıcıl işlər görülür.

 

Cənab Prezidentimizin tapşırığına əsasən 2016-cı ilin fevral ayının ilk günlərindən rayonumuzda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən  498 boş vakant iş açılmışdır. Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən bu 498 boş vakant iş yerlərinə Məşğulluq Mərkəzində qeydiyyatda olan iş axtaran vətəndaşlardan 90 nəfər rayon Kommunal Müəssisələri Kombinatında, 113 nəfər çoxmərtəbəli binaalrın dam örtüyünün dəyişdirilməsində, 53 nəfər 5 saylı Dəmir Yol Sahəsində, 119 nəfər Ağsu Regional Qaz İstismarı idarəsində, 30 nəfər 14 saylı Yol İstismarı Sahəsində, 38 nəfər Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayon təşkilatında, 9 nəfər rayon Su Kanal idarəsində, 11 nəfər Kürdəmir rayon Elektrik Şəbəkəsində, 1 nəfər Ekologiya və Təbii Sərvətlər Regional sahəsində, 22 nəfər digər qurumlarında işə qəbul olunmuşar.   

 

2016-cı ilin 3 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 2,8 faiz artaraq 65526,3 min manat,  ümumi məhsul buraxılışının 55,1 faizi istehsal sahələrində  44,9 faizi xidmət sahələrində  olmuşdur. 

 

Hesabat dövründə regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonumuzda aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.

 

         Rayonda taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilmişdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 13239 hektarda buğda, 26012 hektarda arpa olmaqla cəmi 39251 hektar  sahədə taxıl əkilmişdir. Taxıl əkinləri 1,6 dəfə suvarılmış, 12000 hektardan çox sahədə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılmış, 32400 hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmişdir. Toxumluq taxıl sahələrinə fərdi qaydada qulluq göstərilməsi təşkil olunmuşdur.

 

        Hazırda taxıl biçininə hazırlıq işləri görülür. Bu məqsədlə biçinə 64 kombayn hazırlanır və onların təmiri işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 100-dən çox kombayn cəlb edilməsi üçün müqavilələr bağlanılır.

 

        Rayonda artıq yazlıq əkinlərinə başlanmış, hazırki vaxta 1400 hektardan çox sahədə yonca səpilmiş, 1150 hektardan çox sahədə kartof əkini aparılmış, 1000 hektardan çox tərəvəz toxumu səpilmiş, 900 hektarda bostan bitkiləri əkilmişdir. Yazlıq əkinlərin aparılması mütəşəkkil davam etdirilir.

         Ölkədə ixrac yönümlü məhsullardan olan pambığın və baramanın istehsalının artırılması respublikada yeni iş yerlərinin yaradılması ilə yanaşı ,onların xarici bazarlara çıxarılaraq satılması ölkənin valyuta ehtiyatlarının daha da artırılmasına müsbət təsir göstərir.2016 cı ildə pambıq əkini ilə əlaqədar olaraq rayonumuzda 1844 ha sahədə pambığın əkilməsinə başlanılmışdır. Hal-hazırda rayon ərazisində müvafıq  yerlər ayrılmış , pambıq qəbul edəcək zavodla müqavilələr bağlanmış, şum işləri davam etdirilir.

       Barama istehsalı ilə əlaqədar müvafiq tədbirlər görülür , təkliflər hazırlanır. 1200 ha sahədə tut bağlarının salınması planlaşdırılır.

          Rayonda 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2016-cı ilin I rübündə 4200 tonadək yüksək reproduksiyalı toxum istehsal olunmuşdur.

 

        Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.

 

        Tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilmiş, 6 hektarda müasir istixana qurulmuş, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir.

 

         Üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılır.

 

        “Aqrolizinq” ASC-nin rayonda aqrotexservis mərkəzi fəaliyyət göstərir ki, onun mexaniki dəstələrində 45 traktor, 16 kombayn, ot biçən, taxıl səpən, ümumilikdə 60-dan çox traktor, digər kənd təsərrüfatı maşınları və avadanlıqlarından istifadə olunur.  “Aqrolizinq” ASC tərəfindən rayon servisinə əlavə kombaynlar və traktorların verilməsi nəzərdə tutulmuşdur. Pambıq istehsalı ilə əlaqədar  lazimi texnikaların alınması istiqamətində işlər aparılır.

 

        Aqrotexservis Mərkəzi və digər şirkətlər tərəfindən istehsalçılara 1000 tonadan çox güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır.

 

        Bundan əlavə 5 özəl aqrotexservis mərkəzi yaradılmış və burada da 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Fiziki və hüquqi şəxslər tərəfindən 242 ədəd traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin optimal müddətlərdə görülməsi mümkün olur.

 

        Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarələrinin də maddi texniki bazası möhkəmləndirilmiş, onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla təchiz olumnuşdur. Torpaqların su təminatının yaxşılaşdırılması sahəsində işlər görülür, bu ilin birinci rübündə 254 km kanal və 32 km dren şəbəkəsi lildən təmizlənmiş, 50 hidrotexniki qurğu, 9 nasos kompleksi, 3.6 km kanal əsaselı təmir olunmuşdur

 

        Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür, hazırda iri buynuzlu mal qaranın sayı 64,1 min  başı, qoyun keçilərin sayı 131,8 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I rübündə 2060 ton ət, 9130 ton süd istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ət itehsalı 2,7 faiz, süd istehsalı 3,3 faiz və yumurta istehsalı isə 1,1 faiz artmışdır.

             

         Rayondakı “Kürdəmir Broyler” ATSC-nın fəaliyyəti genişləndirilmiş, damazlıq ana quşların sayı 16 min başa çatdırılmış, quş əti və yumurta istehsalı artırılmışdır. 317 min yumurta istehsal olunmuşdur.

 

        Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş,  I rübdə 405 başadək iri buynuzlu mal süni mayalandırılmış, 121 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 580 başa çatmış,  onların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir.

 Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri öz işlərini bundan sonra da günün tələbləri səviyyəsində qurmalı, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.

          

  Hörmətli yığıncaq iştirakçıları!

 

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.

 

 

        Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin I rübü ərzində 35/10 kv-luq Muradxan və Mollakənd yarımstansiyalaında cari təmir işləri aparılmış, şəhər ərazisində 1.2 km 10 kv-luq hava xətti və 2.4 km 0.4 kv-luq hava xətti yenidən quraşdırılmış,  Qarasaqqalı,Çöhranlı, Xırdapay kəndlərində istismara  yararsız dayaqlar, izaliyatorlar və naqillər   yenisi ilə əvəz olunmuş,rayon ərazisində 12 ədəd elektrik transformatoru əsaslı, 36 ədəd isə cari təmir olunmuşdur. 

 

İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda  son 3 ayda əhali sektoru üzrəistehlakedilmiş enerjinindəyərinincəmi59,5 % yığımı təmin edilmişdir.

 

3 ay ərzində rayon üzrə paylanmış bildiriş üzrə 960584 manata qarşı 571285 manat vəsait toplanmışdır ki, bunun nəticəsində 389298 manat debitor borcu yaranmışdır.

 

Belə ki, Qocalı, Mehdili, Muradxan, Axtaçı, Karrar və Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə elektirik enerjisinin yığımı  daha zəif təşkil edilmiş, digər nümayəndəliklər üzrə də elektirik enerjisinin yığımı tam təmin edilməmişdir.

Dəfələrlə deyilməsinə baxmayaraq Kürdəmir elektrik şəbəkəsi öz işində dönüş yaratmır, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, nasaz sayğacların vaxtında dəyişdirilməsi sahəsində nöqsanlar hələ də davam etməkdədir. Nəticədə elektrik enerjisinin fasiləsiz verilməsində problemlər yaranır ki, buda əhalinin haqlı narazılığına səbəb olur.

 

 

Rayon Elektrik şəbəkəsinin rəhbərliyi rayon əhalisinin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yeniləri ilə əvəz olunmasına nail olmalı,SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi işlərini sürətləndirməli, istifadə edilmiş enerji daşıyıcılarının dəyərinin tam ödənilməsini təmin etməlidir.

 

Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, payız-qış mövsümündə bütün kateqoriyalardan olan istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür.

 

2016- cı ilin I rübündə rayonun Xırdapay kəndi ərazisində hazırda istismarda olan təqribən 245 p/m yerüstü həyətlərdən keçən diyametri 40 mm qaz xətti sökülərək küçə xətti ilə əvəz edilmişdir.Rayon ərazisində müxtəlif diametrli 252 p/m qaz xətti təmir olunmuşdur.  Rayonun qaz açlışı olmuş kəndlərində Ərəbxana, Muğanlı, Xınıslı, Karrar kənd, Garis-Əyribənd, Sor-sor, Sovla, Şüşün, Çərtəyəz kəndlərində iş tamamlanalaq təbi qazın  verilişi tam təmin olunmuşdur. Onuda qeyd etməliyəm ki, rayonun Mehtili, Öyləqulu, Qoçulu kəndlərində qazın açılışı edilsə də hələdə həmin kəndlər qazla təmin edilməmişdir.Odur ki, Kürdəmir rayon Xidmət Sahəsinin rəhbərliyi bu sahədə ciddi tədbirlər həyata keçirməlidirlər.

Qeyd etmək lazımdır ki, 3 ay ərzində 1125834 manata qarşı 598177 manat, və ya 53,1 % təbii qazın dəyəri ödənilmişdir. İstifadə edilmiş təbii qazın dəyəri Şəhər, Xırdapay, Atakişili, Mürtülü, Sığırlı,  Qarasaqqal kəndlərində daha az ödənilmişdir ki, bu da yol verilməz olmaqla bu vacib sahədə işlərin lazımi səviyyədə təşkil edilmədiyini göstərir.

Odur ki, Kürdəmir rayon Xidmət Sahəsinin rəhbərliyi, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi bu sahədə konkret tədbirlər görməli, qazın dəyərinin vaxtında ödənilməsini təmin etməlidirlər. 

 

Dövlət proqlamına uyğun olaraq 2016-cı ilin I rübündə Kürdəmir su kanal idarəsi tərəfindən bir sıra işlər həyata keçirilmişdir. I rübdə şəhərin H.Əliyev prospekti, H.Aslanov, Bakı prospekti, M.Ə.Sabir küçəsi, İ.Məmmədov küçəsi, Aran qəsəbəsi, Nizami küçəsindəki mərkəzi kanalizasya xətti üzərindəki baxış quyuları lildən təmizlənmiş, sınmış qapaqlar dəyişdirilmiş, xəttin tutulmasının qarşısının almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuşdur. 2016-cı ilin yanvar və mart aylarında Bakı şəhərindən kanalizasya xətlərini yuyan xüsusi texnika gətirilmiş, şəhərin H.Əliyev prospektində M.Ə.Sabir küçəsində ümumi uzunluğu 1000 p/m olan kanalizasya borularının içərisinin lili yumşardıralaq axın bərpa edilmişdir.

2016-cı ilin 3 ayında 23271 nəfər abonentə su və kanalizasiya xidmətləri göstərilmiş, 36647 manat  vəsait  toplanmışdır.

       

        Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon  İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən gündəlik nəzarətə götürülməlidir.

 

        2016-cı ilin 3 ayı ərzində rayon Kommunal Müəsissələri Kombinatı şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış,  ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi təmin olunmuşdur.

 

        2016-cı  il üçün təsdiq  olunmuş  smetaya  əsasən kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar 2900 fərdi yaşayış evlərinin sahibləri  və 140 kommersiya  obyeklərinin rəhbərləri ilə  müqavilə bağlanmışdır.

 

      2016-cı ilin 3 ayı ərzində rayon Kommunal Müəsissələr Kombinatı tərəfindən  əhalidən 2247 manat, kommersiya obyektlərindən isə 434 manat vəsait  toplanmışdır .

       

        Rayon Kommunal Müəssisələri kombinatı və Mənzil istismar sahəsi  bu sahədə işləri daha da genişləndirməli, tullantıların ərazilərdən vaxtlı-vaxtında götürülməsini təmin etməli, obyekt sahibləri ilə izahat işləri aparmalı, küçə və meydanların təmiz saxlanılmasına diqqəti artırmalıdır.

 

       Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, şəhərin təmizliyini təmin etməlidirlər.

 

Hörmətli yığıncaq iştirakçıları!

  Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin 3 ayı ərzində rayonumuzda   tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilmişdir.

Ölkə Prezidenti Cənab İlham Əliyev rayonumuza səfəri zamanı rayonumuza töhfə olaraq cənab prezidentimizin sərancamı ilə rayonun yaşayış fonduna daxil olan 21 çoxmənzilli  yaşayış  binalarının əsaslı təmiri ilə əlaqədar 3,0 milyon manat vəsait ayırmış və  sərəncama uyğun olaraq rayonun 21 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərini aparmaq məqsədi ilə layihə-smeta sənədləri hazırlanaraq tender elan edilmiş, tenderdə qalib gəlmiş “Tac 2014” MMC tərəfindən çoxmənzilli yaşayış binalarında təmir işlərinə başlanılmışdır.

       Keçən müddət ərzində şəhərin Babək küçəsindəki 5 və 7 saylı 45 mənzill, Aran qəsəbəsindəki 1 və 3 saylı 60 mənzilli,  2 saylı 45 mənzilli,  25  və 26 saylı 16 mənzilli yaşayış binalarında 338,6 m3 dəmir-beton kəmər tökülmüş, 9924 m2 müasir mansard tipli dam örtüyü vurulmuş, 20 ədəd giriş dəmir qapıları quraşdırılmış, pilləkən qəfəsələsində 80 ədəd, mansardda 12 ədəd plastik pəncərələr qoyulmuş, pilləkən qəfəsələrində 6920 m2 sahədə suvaq işləri aparılmış, 371 m2 sahədə pilləkən meydançasına keramik plitələr vurulmuş, 439 m2 sahədə binaların kürsü hissəsi ağlay üzlük materialı ilə üzlənmiş, 90,6 m2, sahədə qapı və pəncərə yamaclıqlarına ağlay materialından haşiyə və plitələr vurulmuşdur.

 

        Babək küçəsi 7 saylı binanın yan fasad divarına 208 m2 sahədə suvaq vurulmuş, Babək küçəsi 5 saylı binanın yan arxa divarlarının ağlay üzlük materialları cilalanmış, ön fasad hissəsinin suvağı bərpa edilərək, rənglənmişdir. Hazırda Babək küçəsi 5 saylı binanın ərazisində bərpa-abadlıq işlərinə başlanılmışdır.

 

        Daxili imkanlar hesabına şəhərin Bakı prospektində 36 metr məsafədə, 79,2 m2 sahəsi olan ücmuş qala-divarı yenidən inşa edilmiş, divarın ön fasad hissəsi ağlay və keramik üzlük materialı ilə üzlənmişdir.

 

                2016-cı ilin I rübündə Kürdəmir Telekommunikasiya Qovşağı üzrə rayonun Muradxan, Köhünlü, Şilyan və Sığırlı kənd EATS-lərinin daxili xətt şəbəkələrində cari təmir işləri aparılmış, ümumilikdə 50 ədəd telefonun xətti texniki normaya gətirilmişdir.Bundan əlavə hesabat dövrü ərzində rayonun Dəmiryol ərazisinə yaxın bir hissədə 270 m uzunluqda kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilmişdir.

 

 

          Multimediya xidmətlərinin inkişaf layihəsi üzrə Mərkəzi EATS-dən ayrı-ayrı kəndlər istiqamətində optik kabelinin çəkilişi ilə əlaqədar hərbi hissədən Sor-Sor,Köhünlü,Ərəbxana,Çöl-Ərəb, Qaramahmudlu, Şüşün, Sovla, Söyüdlər, Mollakənd və Carlı kəndlərinə ümumilikdə 45 km optik kabeli çəkilmişdir.

 

          Kürdəmir Poçt filialı tərəfindən cari ilin 3 ayında rayonun Sığırlı, Muradxan və Topalhəsənli poçt şöbələri əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.

       

       

        Dövlət Proqramının icrası ilə əlaqədar 2016-cı ilin I rübündə 14 saylı Kürdəmir Yol İstismarı idarəsi  “Azəryolservis” ASC-nin xətti ilə rayon  ərazisində fiziki göstəricisi 532 m2  olmaqla avtomobil beton qarışığı ilə çala təmir işləri görülmüşdür.

 

        Rayon ərazisində küveyt və yolun çiyinləri alaq otlarınadan müntəzəm olaraq təmizlənmiş və avtoqreyderlə hamarlanmış, ərazidə yerləşən yol ötürücü körpülər müntəzəm olaraq təmizlənib yuyulmuşdur.

 

        Respublika əhəmiyyətli Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda və Bakı-Ələt-Qazax magistral yolunun  rayon ərazisinə düşən hissələrində yol nişanlarının köhnələri yenilənmiş, Söyüdlər, Sor-sor, Muratxan və Yenikənd kəndlərində hərəkətin təhlükəsizliyin təmin etmək üçün yolun gediş-gəliş hissələri və çiyinləri avtoqreydirlə hamarlanmışdır.

 

 

       

Hörmətli yığıncaq iştirakçıları!

 

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

       

      Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən 2016-ci ilin fevral ayının 15-dən rayonda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

 

        Bu günə kimi rayon üzrə 55199 nəfər tibbi müayinədən keçirilmişdir. Bunlardan 3672 nəfəri ambulator, 610 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 182 nəfəri isə xəstəliyi ilə bağlı müayinə olunması üçün Bakı şəhərinə göndərilmişdir.

               

        Artıq bu günə kimi 39 yaşayış  məntəqəsində  əhalinin tibbi müayinəsi başa çatmışdır. 02 may 2016-ci il tarixədək tibbi müayinə rayon üzrə tam başa çatacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.

 

        Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.

 

     Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini  qurumlarla  daim əlaqə saxlanılmış, “Dini etiqad azadlığı haqqında” qanunun tələbləri pozulmamış, dini  durum nəzarətdə saxlanılmışdır.

"Umumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası zamanı rayonumuzda 2016 ci ilin birinci rübündə 7000 müxtəlif ağac və gül kolları əkilmiş ,ümumilikdə 15000 ağacın əkilməsi nəzərdə tutulur. Hal hazırda ağac əkmə kompaniyası davam edir.

 

Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.

 

2016-cı ilin 3 ayında rayonda 67 cinayət hadisəsi qeydə alınmışdır. 

 

Baş vermiş cinayət hadisələrinin əsas hissəsini ağır və xüsusilə ağır cinayətlər, oğurluq,  yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hadisələri olmuşdur. 

 

Rayonun hüquq mühafizə orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirlər görməlidir.

 

2016-cı ilin 3 ayında rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 551 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 496 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 55 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.

 

Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2016-cı ilin 3 ayında vətəndaşlardan  353 ədəd müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 157 ədədi  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 9 ədədi Milli Məclisdən, 7 ədədi Nazirlər Kabinetindən, 27 ədədi digər yuxarı Respublika təşkilatlarından, 153 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı xeyli azalmışdır.

 

Hörmətli yığıncaq iştirakçıları!

 

         Ölkə rəhbərinin tələblərinə uyğun olaraq 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətləçalışmalı,  verilən tapşırıqların layiqincə yerinə yetirilməsində  daha   məsuliyyətlə  işləməliyik.

 

Bu yolda hər birinizə uğurlar diləyirəm.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam