Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xocalı soyqırımı Füzuli rayonunda anıldı

 

Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə Horadiz şəhərindəki Qəhrəmanlar Parkında anım tədbiri keçirilib

 

"Xeberinfo.com":  Məlumata görə min nəfərin iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, soyqırım qurbanlarının ruhuna dualar oxunub.  
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Xocalı soyqırımından  danışmış, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.  
Bildirmişdir ki¸ Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırım siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 
Alı Alıyev vurğulamışdır ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının sərsəm ideyasıdır ki, bunlar da kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Alı Alıyev demişdir: - Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 23 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz edərək, Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirmişdir. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaqdır. 
Alı Alıyev qeyd edib ki, bu dəhşətli hadisəyə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir. Prezident İlham Əliyev isə Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir.
Alı Alıyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmısı istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərdən, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalıya Ədəalət kompaniyası çərçicəsində dünya miqyasında həyata keçirdiyi tədbirlərdən bəhs etmişdir.   
Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilmişdir.
26 fevral tarixində orta məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr olunmuşdur.
 
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam