Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq

 

Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenixeber.org-un məlumatına görə, sabah Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 7 saylı hava xəttində təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Həmçinin Lənkəran EŞ ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı şəhər xətti boyunca ağac budanması və təmir işləri aparılacaq. Buna görə də saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Balaməmməd, Məhəmməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Lerik EŞ ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan "Hamarat" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Biləsər, Hamarat, Rvarud, Siyov, Veri kənlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir və ağac budanması işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam