Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? -NARAZILIQ VAR...

 

Qəbələ şəhərinin Mirzəbəyli kəndindəki körpü uzun müddətdir qəzalı vəziyyətdədir.

Yenixeber.org: Bu barədə kənd sakinləri Bizim.Media-ya müraciət ediblər.

Sakinlər bildirib ki, kəndin mərkəzindən keçən Mirzəbəyli çayı üzərindəki körpü insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, bu körpüdən gün ərzində yüzlərlə insan istifadə edir.

Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...


Xüsusilə məktəblilərin bu körpü ilə hərəkət etməsi valideynləri narahat edir. Onlar övladlarının təhlükə ilə üzləşməməsi üçün uşaqları məktəbə özləri aparmalı olurlar.

Şikayətçilər onu da qeyd ediblər ki, indiyədək dəfələrlə sakinlər sözügedən körpüdən çaya yıxılıblar.

Yağışlar yağanda çayın səviyyəsinin tez-tez qalxması isə problemi daha da ağırlaşdırır.

Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq məsələnin araşdırılacağı bildirildi. (Bizim.Media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam