Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısına arxalanan "hegemon" iş adamı kimdir?

 

Redaksiyamiza Cəlilabad  rayonundan daxil olan çoxsaylı  şikayətlərdə bildirilir ki,  Cəlilabad sakini, iş adamı kimi tanınan Əsgərov Cəfər Sahib oğlu Cəlilabad rayonunda "at oynadlr".

Yenixeber.org: Bu şəxs Cəlilabad rayonun Darılıq və Güneyli  kəndləri  ərazisində olan müxtəlif vətəndaşlara məxsus   paybəlli torpaqları zəbt edib və o, torpaqlarin bir hissəsində qeyri- qanuni olaraq  mal-qara tövlələri salıb. 

Redaksiyamıza daxil olan digər bir şikayət məktubunda deyilir ki, "Əsgərov Cəfər Sahib oğlu 2012-ci ildən Qaradağ rayonunda  yerləşən "Çənlibel" ərazisində  mişar daşı istehsalı ilə məşğul olur. Qeyri- qanuni olaraq əhəng daşı yatağında daş kəsir, ərazidə qeyri- qanuni qazıntı işləri aparmış və hazırda da aparmaqdadir. Bu şəxs Əmək Məcəlləsinin qanunların gobud şəkildə pozaraq işçiləri qanunsuz işlədir (Yəni onları  rəsmiyyətə salmır,  iş saatından çox işlədir) ,  vergidən yayınır və s..

Cəfər deyir: "Mənim arxamda Cəlilabadın İcra başçısı Rafiq müəllim durub və heç kim mənə heçnə edə bilməz.


P.S  Ekologiya və Təbii Sərvətləri Nazirliyi yanında  Mineral Xammal  Ehtiyyatları Agentliyi hara baxır? 

Məgər onlar bu qanunsuzluqları görmür,  ya özlərin görməməzliyə  vururlar? 

Görünür  cənab Prezidentin ekoloji problemlər haqda dediyi  çıxışlar bunlara yetərincə yaxşı  təsir etməyib və elə bil, qış yuxusuna gediblər.

Sözügedən şikayət barədə Baş Prokurorluq,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Dövlət Əmək Müfəttişliyi,  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ..  sorğular göndərəcəyik.

Əsgərov Cəfər barəsində araşdırmamız davam edir.(Qaynarxeber.az)

Qarşi tərəfin mövqeyin həmişə kimi dinləyib dərc etməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam