Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Masallıda vətəndaşlara böyük məbləğdə borc bildirişləri gəlir

 

 

     "Xeberinfo.com": Deputat Elmira Axundova 13-15 sentyabr tarixlərində Masallı rayonunda müxtəlif tədbirlərdə iştirak edib. Bu barədə millət vəkilinin ofisindən məlumat verilib.

14 senyabrda Bədəlan kəndində yerləşən deputat ofisində ənənəvi qəbul keçirib, müxtəlif  müraciət və təklifləri dinləyib.

Bütün rayon ərazisində aktual olan bir problem qəbul zamanı diqqətə çatdırılıb. Bir qrup sakinin, Ərkivan qəsəbəsindən Əli Fətəliyev, Nəbi Mirzəyev, Famil Allahverdiyev və başqalarının dediklərinə görə, heç bir əsas olmadan onlara 400-500 manat dəyərində qazpulu borcunun olması ilə bağlı bildirişlər göndərilib. Halbuki həmin şəxslər qəbz əsasında hər ay borcları ödəyiblər. Bu səbəblə onlara qaz verilməsində problemlər yaranıb. Borcun necə və hansı müddətə yaranması ilə bağlı isə qaz istismar idarəsindən vətəndaşlara heç bir əsaslı açıqlama verilmir. Bununla bağlı da vətəndaşlar kollektiv şəkildə deputata yazılı müraciət edəcəklərini qeyd ediblər. Vətəndaşlar bildiriblər ki, təkcə Ərkivan, Boradigah qəsəbələrində yüzlərlə ailə bu cür anlaşılmazlığın qurbanıdır, ümumiyyətlə Masallı rayonunda isə minlərlə bu cür ailə var.

Araşdırma zamanı müəyyən olunub ki, bu cür halla qarşılaşan vətəndaşların sayı rayon ərazisində kifayət qədərdir.

Deputat da öz növbəsində vətəndaşları əmin edib ki, qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracaq.

Masallı Qaz İstismarı İdarəsinin rəisi Seyran Şahverdiyev bizimlə söhbətində məsələdən xəbərsiz olduğunu söylədi. O bildirdi ki, rəsmi şəkildə müraciət edilsə məsələyə aydınlıq gətirərlər: “Rəsmi şəkildə müraciətlər etsinlər və bizdə onlara rəsmi cavab verək. Görək nə məsələdir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam