Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İran nüvə texnologiyası almağa çalışır”

 

İran qara siyahıya salınmış şirkətlər vasitəsilə nüvə texnologiyası almağa çalışır.
"Xeberinfo.com":  Məlumata görə, BMT-nin aprelin 30-da üzə çıxmış məxfi hesabatında belə deyilir.
Bu iddiaları BMT-yə Britaniya təqdim edib. Təsdiqlənsə, bu, BMT sanksiyalarının pozulması deməkdir. Eyni zamanda Tehranın istənilən sazişlə nüvə fəaliyyətini məhdudlaşdıracağına inamı azaldır.
Həm də bu məlumat İranın nüvə proqramı üzrə ilkin razılaşmanın əldə olunmasından bir neçə həftə sonra yayılır.
Britaniya BMT-nin sanksiyalar panelinə aprelin 20-də məlumat verib ki, “İranın fəal nüvə şəbəkəsindən xəbərdardır”, İran Sentrifuqa Texnologiyası Şirkəti və Kalay Elektrik Şirkətinin adları çəkilir. Hesabatı aprelin 30-da Frans Press və Reuters agentlikləri görüb.
İranın hər iki şirkətinin adı nüvə fəaliyyətinə görə qara siyahıya salınıb. BMT komissiyası hələlik iddiaları araşdırmadığını deyir. Ümumilikdə isə BMT sanksiyalarının bir neçə dəfə pozulması barədə məlumat var("Azadlıq" radiosu).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam