Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Arzu Rəhimovun Kürdəmirdəki kadrı gül vurur... -İDDİA

Arzu Rəhimovun Kürdəmirdəki kadrı gül vurur...
Yenixeber.org: Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyevlə bağlı məlumat daxil olub.

Belə ki, xidmət rəisi vəzifə səlahiyyətlərindən sui istifadə edərək universitetdən xaric edilən tələbələri və digər gəncləri hərbi çağırışdan yayındırır. Məlumat üçün bildirək ki, adı hallanan qurum haqqında xoşagəlməz məlumatlar ölkə mətbuatına sızmağa başlayıb. Məlum məsələdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rəisləri öz şəxsi mənafeylərini güdməklə gənclərimizin gələcəyini sual altına atır.

Müharibə şəraitində yaşayan dövlətin gəncləri hərbi xidmətdən yayınırsa, deməli məsüliyyət birbaşa xidmət rəislərinin üzərindədir. Məhz fürsətdən istifadə edən xidmət rəisi Həbib Əliyev ələ düşən imkandan lazımınca yaralanır. Digər tərəfdən bir faktı söyləyə bilərik ki, xidmət rəislərinin qanunazidd əməllərinə göz yuman elə məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun özüdür.

Əlbətdə ki, generala yönələnən ittiham olduqca ağırdır və heç bir halda qəbul etməz. Əgər hörmətli general Arzu Rəhimov, yuxarıda qeyd etdiyimiz xidmət rəislərinin nöqsanlarından məlumatsızdırsa, deməli ona həvalə olunan işin öhtəsindən gələ bilmir. Yox, əgər nəlumatı varsa, deməli gənclərimizin həqiqi hərbi xidmətdən dolayısı yolla yayındırmağa özü rəhbərlik edir. Ötən yazılarımızda qeyd etmişdik ki, general haqqında ölkə mətbuatına məlumatlar ötürən şəxs hal-hazırda xidmət rəisidir.

Və bildirmişdik ki, “ALMA” restoranında jurnalistləri ətrafına toplayaraq generalı devirəcəyinə and içmişdir. Görünür, A. Rəhimovun ətrafında birləşən “xidmət rəisləri” iki hisəyə bölünür. Məsələnin ciddiliyinə nəzərə alaraq bildirmək istəyirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər mövcüddür. Çox istərdik ki, aidiyyətli qurumlara həyacan siqnalı verilsin və dərin araşdırmalara başlanılsın. Bizim araşdırmalarımız davam edir…(dosye)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam