Karyerində iki körpə ölən Ağcabədi Yol İdarəsi müdiri prezidenti saymır
Ağcabədinin ömürlük rəis təyin edilmiş 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi Hüseynov vaxtaşırı medianın gündəminə gəlir. Onun gündəmə gəlməsi fəaliyyəti yox, biznesi və oğlunun kəhkəşanlı həyat tərzidir.

Yenixeber.org: V.Hüseynov Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu saymır, onun əsas işbirliyi icra başçısı Şahin Məmmədovladır.


Yol idarəsi rəisi ilə icra başçısı Ağcabədinin yollarına ayrılan pulları elə mənimsəyiblər, yolların düzəldilməsini tapşırdıqları iş adamlarının vəsaitini də çırpışdırıblar heç S.Məmmədovanın ruhu da inciməyib.

Bunun nəticəsidir ki, Vidadi Hüseynov Ağcabədidə idarə müdiri yox, daha çox biznesmen kimi tanınır. Ondan qum, çınqıl, asfalt istəyən pulunu verib alır.

Yəni, bazar açıb. Ona görə də onu Ağcabədinin yollarının vəziyyəti maraqlandırmır. Hazırda rayon yolları, ara məhəllələr, kəndlərə gedən yollar fəlakət içindədir.

Prezident Ağcabədinin abadlaşmasını görmək istəyir. Bunun üçün vəsait ayrılır. Amma V.Hüseynovla icra başçısı Ş.Məmmədov maliyyənin arxasına keçirlər.

Sakinlər deyirlər ki, Ağcabədidən Bakıya getmək üçün bir neçə istiqamət var: 1-cisi, Ağcabədi-Hindarx-Ağdam-Bərdə-Bakı, 2-ci istiqamət: Ağcabədi-Laçın (taxta körpü)-Zərdab-Mollakənd-Kürdəmir-Bakı, 3-cü yol-Ağcabədi-Beyləqan-Bəhrəmtəpə-Sabirabad-Bakı yolu.

Nəhayət, 4-cü yol-Ağcabədi-Kanalboyu adlanan yol-Bərdə-Yevlax istiqaməti. Biz artıq o vəziyyətdəyik ki, bilmirik bu 4 istiqamətin hansından istifadə edək.

 İdarə müdirinin gəlir sahələrindən biri də Ağcabədidəki karyerlərdir. Bir müddət əvvəl isə həmin karyerdəki quyulardan birinə iki azyaşlı uşaq düşüb. Amma uşaqların ölüm faktını Vidadi Hüseynov ört-basdır etməyə nail olub.

Düzdür, məsələdən xəbər tutan əhali etiraz edərək, idarə müdirindən ya karyeri bağlamağını, ya da təhlükəsizlik qaydalarını gücləndirməyi tələb ediblər. Hərçənd bu haqlı tələbə məhəl qoyan olmayıb.

Məlumatda deyilir ki, Qarqar karyerinə iki uşağın həyatını itirməsi məsələsi hələ də qapalı olaraq qalıb və bununla bağlı tədbir görən yoxdur.

33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovun ən böyük karyeri Qarqarçayın üzərində yerləşən Yuxarı Qiyaməddinli-Muğanlı yolu hissəsində iri karyeri var.

Dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat dayanmadan qumm və çınqıl çıxartdıraraq, satmaqla məşğuldur. Nəticədə, qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.

İki uşağın ölümünə rəğmən, heç bir addım atmayan Vidadi Hüseynov, əvəzində başqa bir məsələyə əl atıb. Media yazmışdı ki, idarə müdiri özünün və oğlunun avtomobillərini təzələməklə təskinlik tapıb.

Belə ki, Vidadi Hüseynov özünə «Lexus», oğlu Fərid Hüseynova isə «Range Rover» markalı maşınlar alıb. Ümumi dəyəri 130 min manata yaxın olan bu avtomobilləri Yol İdarəsinin müdirinin necə aldığı isə sual altındadır.

Hərçənd əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi kifayət qədər şübhəlidir.

Ardından onun 150-200 min manat xərcləyərək, üç ev alması da qaranlıq iş deyil. Çünki bu qədər maaşla belə bahalı avtomobillərə sahib olmaq mümkün deyil.

Ata Hüseynov əvvəllər də «Lexus» sürürmüş. Oğlu isə «Prado»da cəzməklə kifayətlənib bu vaxta qədər.

Amma son devalivasiyadan sonra əllərindəki manatla yatırım etmək istəyən ata və oğul, yekunda həmin pulu maşına yatırmaqla kifayətləniblər.

Amma əldəki manatın çoxluğu onları Bakıya qədər gəlməyə vadar edib. Çünki Hüseynovlar həmin pulla paytaxtda daha 2-3 mənzil almaq fikrindədir. İndiyə qədər isə idarə müdirinin Bakıda 3 evinin olduğu deyilir.

Vidadi Hüseynov tenderlərdə də aktiv iştirak edən tərəf kimi çıxış edir. Bu məqsədlə o, oğlunun adına firma da yaradıb: “Fərid Ağcabədi” MMC.

Həmin şirkət isə Ağcabədi rayonunda çəkilən bütün yollar üzrə tenderin «qalibi» elan edilib. Son 3-4 ildə isə bu şirkətin icra başçısıyla birlikdə milyonlarla manat vəsaiti sildiyi üzə çıxıb.

Bəzi saytların iddiasına görə, 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov 3 ay əvvəl Ağdam istiqamətində yanacaq doldurma məntəqəsi açıb.

Bundan başqa, o, özünün asfalt zavodunu da yeniləyib. Bundan əlavə, o, hər ay qrabel, çınqıl və qumm satışından 5 min manatdan artıq pul qazanır.(cahan.info) 

Qarşı tərəfi dinləməyə hazırıq.