Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“SİYƏZƏN BROYLER” BORC İÇİNDƏ BATIR –Şirkət öz əmlakını girov qoyaraq, külli miqdarda kredit götürüb

19012

Azərbaycanın ən tanınmış broyler şirkətlərindən biri olan “Siyəzən Broyler”in ağır maliyyə durumu ilə üzləşdiyi məlum olub. Şirkətin səhmdarlarının növbəti ümumi yığıncağının gündəliyində duran əsas məsələlər arasında yeni kreditlərin təsdiqlənməsi də var.

Yenixeber.org: “Siyəzən Broyler”in iki bankla kredit müqaviləsi bağladığı məlum olub ki, bunlar da “Xalq Bank” və “Bank Avrasiya”dır. Kreditin məbləği açıqlanmasa da, bu rəqəmin kifayət qədər böyük olduğu şübhə doğurmur. Ən azı ona görə ki, eyni zamanda iki bankdan borc götürülüb və bunlardan da biri ölkənin ən nüfuzlu və güclü banklarından olan “Xalq Bank”dır.

Böyük şirkətlərin banklardan iri məbləğlərdə kredit götürmələri əlbəttə ki, normal haldır. Ancaq bunun müqabilində şirkətin az qala bütövlüklə girov qoyulması hər zaman rast gəlinən hadisə deyil. Məsələ ondadır ki, “Siyəzən Broyler”in sözügedən kreditlərin müqabilində mülkiyyətində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən 279.0132 hektar torpaq sahəsini və Siyəzən rayonundakı ümumi sahəsi 250 937.3 kvadrat metr olan əmlak kompleksini girov qoyduğu məlum olub.Bununla yanaşı, hətta müəssisəyə aid olan avadanlıqlar və qurğular belə, “Xalq Bank”a girov qoyulub.

1486032095

Əslində, bu şərtlər daxilində kreditlərin götürülməsi real olaraq, şirkətin sözügedən bankın nəzarətinə keçməsi kimi də qiymətləndirilə bilər. Onsuz da son bir neçə ildə adı müxtəlif qalmaqallarda hallanan, illik ət istehsalı 21 min ton olmasına baxmayaraq, ziyanla işlədiyinə dair məlumatlar yayılan “Siyəzən Broyler”in iri məbləğlərdə kreditləri qaytara biləcəyi bir qədər şübhəli görünür…

Xatırladaq ki, illik sözügedən broyler şirkətində 2017-ci ildə külli miqdarda vəsaitin yoxa çıxdığı məlum olmuşdu. O zaman şirkətin idarəçiliyini yerinə yetirən iş adamı Elşad Rəsulovun rəhbərlik etdiyi “Atropatena» QSC “Siyəzən-Broyler”dən qovulmuşdu.“Siyəzən Broyler”in rəsmi məlumatında deyilirdi ki, külli miqdarda mal-material çatışmazlıqları səbəbindən idarəetmə müqaviləsi pozulub, şirkətin rəhbərliyi isə aşkarlanmış pozuntuların araşdırılmasından ötrü hüquq-mühafizə orqanlarına müraciət edib.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam