Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Siyəzən Broyler” ASC-nin əsl sahibi kimlərdir? -VİDEO

“Siyəzən Broyler” ASC-nin əsl sahibi kimlərdir? -


“Kirvəsi olduğu uşağın qatili ola biləcək bir şəxsi müdafiə edirsiniz…”

Yenixeber.org:  Türkiyəli iş adamı “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral Azərbaycanda mətbuat konfransı keçirib. Türkiyəli sahibkarın vəkili Aslan İsmayılov bildirib ki,  “Siyəzən Broyler” ASC  ilə Türkiyə şirkəti arasında yaranan qalmaqaldan sonra hökumətin nəzarətində olan media qurumlarında istər şirkətlə bağlı, istərsə də onun sahibləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bütün bunlara aydınlıq gətirmək üçün Ömür Oral  mətbuat konfransı keçirmək qərarına gəlib.

“Siyəzən Broyler”-ə vəkillik edən millət vəkili kimdir?

Türkiyəli iş adamı bildirib ki, Azərbaycanla ticarət əlaqələri 2008-ci ildən başlanıb. 2013-cü ildən isə “Siyəzən Broyler” ASC-yə yumurta satışı həyata keçirib. Son illər “Siyəzən Broyler” ASC-nin  “Emre Piliç” şirkətinə yarandığı  borcun çoxaldığını görən Ömür Oral narahat olmağa başlayıb. Aralarındakı ticarət əlaqələrinə görə Türkiyə şirkətinə ödənilməli olan 3.8 milyon dollardan 2.1 milyonu ödənilib. Qalan 1.7 milyon isə ödənilməkdən imtina edilib. Ömür Oral bildirib ki, bu işdə onunla əlaqədə olan, sonradan isə kirvə olmuş Mürvət Həsənov ona deyib ki, “Siyəzən Broyler”  bu pulu ödəmək istəmir. Həmçinin onu da bildirib ki, onun sahibləri çox böyük adamlardır, səni məhv edərlər. Bundan sonra məsələni hüquqi yolla həll etmək qərarına gələn Türkiyəli iş adamı vəkil tutub. Vəkil işlə tanış olandan sonra məhkəməyə müraciət edib. Məhkəməyə müraciət etdikdən sonra işə qarışan “Siyəzən Broyler” ASC-nin rəhbərliyi danışıqlara başlayıb. Vəkil həmin danışıqları aparan adamın kim olduğunu bildirmək istəməsə də sonradan həmin adamın Milli Məclisin deputatı Kəmaləddin Qafarovun olduğunu deyib. Kəmaləddin Qafarov vəkillə söhbətində həmin pulların son qəpiyinə kimi Mürvət Həsənova ödənildiyini Aslan İsmayılovun diqqətinə  çatdırıb. Bundan sonra Ömür Oral kirvəsinin ona xəyanət etdiyini bilib. Respublika prokrorluğuna müraciətdən sonra Mürvət Həsənov barəsində araşdırılma başlanılıb, o, borclu olduğunu etiraf edərək, müqavilə imzalayıb. Müqavilə imzalanan zaman video görüntü ilə çəkiliş də aparılıb.

Türkiyəli iş adamının nümayəndəsi məsələni içtimailəçdirdikdən sonra Mürvət Həsənov “Emre Piliç” şirkətinin ona 4.8 milyon borcu olması barədə məhkəmədə iddia qaldırıb. Bundan sonra mətbuatda həmin şirkətin ermənilərlə əlaqəli olmasını əks etdirən məlumatlar yayıb.

Ömür Oral bu məsələyə aydınlıq gətirərək bildirib ki, 15% faiz paya sahib həmin adamlar erməni əsilli olsalarda Türkiyədə doğulub, Ermənistanla heç bir əlaqələri olmayıb. Hətta  “Siyəzən Broyler” ASC  pulu tam ödədiyi təqdirdə onlara çatacaq 180 min dolları da, mətbuatın vasitəsi ilə Azərbaycandakı kimsəzlərə və imkanı olmayanlara bağışlamaq niyyətində olduqlarını da bildiriblər.

Ömür Oral mətbuatın diqqətinə onu da çatdırıb ki, Mürvət Həsənov onu hədələyib ki, övladını öldürtdurəcək. Bu məqamı xüsusi ilə vurğulayan iş adamı, “Siyəzən Broyler” ASC-nin mənsublarına mesaj göndərib ki, görün siz necə bir adamı­-  kirvəsi olduğu uşağın qatili ola biləcək bir şəxsi müdafiə edirsiniz…

Vəkil Aslan İsmayılov  bu məsələdə geri  çəkilməsi üçün ona qarşı da təzyiq olduğunu bildirib. Onun həbs ediləcəyi barədə xəbərdarlıqlar olduğunu xatırladıb. Hakimiyyətə yaxın mətbuatda ona qarşı çirkin kampaniya aparıldığını dilə gətirib.

Azərbaycandan Türkiyəyə qanunsuz valyuta mübadiləsi

Türkiyəli iş adamı medianın suallarına  cavab verərkən bir sıra maraqlı hallar ortaya çıxıb. Məlum olub ki, “Siyəzən Broyler” tərəfindən “Emre Piliç” şirkətinə ödənilən 2.1 milyon dollar qeyri qanuni yolla Türkiyə Cümhuriyyətinə ötürülüb. Amma buna baxmayaraq Ömür Oral həmin pulları Türkiyədə yenidən bank hesablarına yerləşdirərək “Siyəzən Broyler”dən gəlməsini qeyd etməklə  “Emre Piliç”in bank  hesabına köçürüb.

“Siyəzən Broyler” ASC-nin əsl sahibinin kim olması ilə bağlı suala cavab vermək istədikdə, vəkil Aslan İsmayılov Ömür Orala bunu açıqlamağı məsləhət bilməyib. Türkiyəli iş adamı “Siyəzən Broyler” ASC –nin sahiblərindən biri ilə bu gün görüşəçəyini bildirib. Həmin görüşdə nəticə alınmasa, həmin adamların adlarını açıqlayacağına söz verib.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam