Xidmət rəisi: “Nəqliyyat sahəsində problemlər mövcuddur”
31 Oktyabr 2018 Oxunub : 232
Bir çox xidmət sahələrində olduğu kimi, avtomobil nəqliyyatı sahəsində, xüsusilə də yük və sərnişindaşımada müəyyən problemlər mövcuddur. Buraya qeyri-qanuni daşımalardan tutmuş vergidən yayınma hallarına qədər ən müxtəlif hüquq pozuntuları daxildir.
YENİXEBER.ORG: bBnu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib. Onun sözlərinə görə, son vaxtlar bu sahədəki problemlərin aradan qaldırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin edilməsi istiqamətində kompleks tədbirlər görülür:
"Bu ilin iyununda Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış Razılaşma Protokoluna əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında vergi nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Buraya avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan «E-nəqliyyat» sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi daxildir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr aparırıq".
Həbib Həsənov əlavə edib ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində tədbirlər görülür: "Əsas hədəfimiz daşımalarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərə biznesin bu sahəsi ilə məşğul olmaq üçün kriteriya, standart və tələblərin normativ bazasının müəyyənləşdirilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla xidmətin keyfiyyətini yüksəltmək, şəffaflığı təmin etmək, vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır".
Xidmət rəisi vurğulayıb ki, digər dövlətlərin təcrübəsi ilə müqayisə etdikdə, Azərbaycanda istər sərnişin, istərsə də yük daşımaları sahəsində tənzimləmə mexanizmləri nisbətən zəifdir: "Bu sahənin tənzimlənməli olan digər vacib elementləri, məsələn, daşıyıcıların maddi-texniki bazası, nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin və menecerlərin hazırlığı və digər məsələlər isə hələ ki, açıq qalır. Bütün bunlar isə daşıma xidmətlərinin keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Əgər biz avtomobil nəqliyyatında yük və sərnişin daşımalarının keyfiyyətini yüksəltmək istəyiriksə, hər şeydən əvvəl, bu cür çatışmazlıqların aradan qaldırılmasına nail olmalıyıq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bununla bağlı hazırladığı təkliflər, bir sıra normativ hüquqi aktlara ediləcək dəyişikliklərə dair layihələr aidiyyəti qurumlara təqdim olunub".