Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda regional avtovağzallara pasport verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Quzanlı, Şamaxı, Sumqayıt avtovağzalları və Gəncə Beynəlxalq Avtovağzalına fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasport verib

Yenixeber.org: Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən keçirilən toplantıda pasportlar avtovağzal rəhbərlərinə təqdim olunub. Görüşdə Xidmətin rəisi Həbib Həsənov bildirib ki, pasport avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilir.
O, qeyd edib ki, Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır.
Görüş zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və marşrut qrafiki, qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılara qarşı tədbirlərin görülməsi kimi məsələlər də müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam