Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“AMAY Abdulla” yeni növ xərac toplayır- “Ödənişlə bağlı bizə heç bir sənəd verilmir"

“AMAY Abdulla” yeni növ xərac toplayır
“AMAY Abdulla” ləqəbi ilə tanınan iş adamı nəzarətində olan “AMAY” adlı ticarət mərkəzində icarədarlardan yeni pul yığma metodu tətbiq edib.
Yenixeber.org: Bu barədə məlumatı saytımıza həmin məkanda yer icarəyə götürən sahibkarlar verib. Onların sözlərinə görə , ticarət mərkəzinin işçiləri bir-bir ofislərə yaxınlaşaraq, əvvəlcədən razılaşdırılan icarə haqqından əlavə olaraq: hər ay üçün işığa görə-15 manat, ayaqyolundan istifadəyə görə- kanalizasiya haqqı olaraq 5 manat və icarədə olan otaqların hər kvadrat metri üçün əlavə ödəniş kimi 50 qəpik verilməsini tələb edirlər. Sahibkarlar qeyd edir ki, onlardan “arenda” pulları sənədləşmə əsasında alınmır: “Yəni pulu əlbəəl alıb qoyullar ciblərinə. Bizə bunla bağlı heç bir sənəd və ya ödəniş çeki də verilmir. Təbiidir ki, bu da külli miqdarda vergidənyayınma deməkdir. Abdulla müəllimin adından qoyulan yeni xərac növü icarədarlar arsında ciddi narazılıq yaradıb. Belə getsə, ofislərin çoxu boşalmış olacaq”.(Azinforum.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam