Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

AVTOBUSUN SÜRÜCÜSÜ NARKOMAN ÇIXDI! –Dəhşətli qəzaya dair ŞOK detal + VİDEO/FOTO

5bb1f94b86696_qatar2

Oktyabrın 1-də Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

Yenixeber.org: Avtosfer.az məlumat verir ki, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov təsdiqləyib.

Onun sözlərinə görə, dünən baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

V. Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

* * *

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, hadisə zamanı yaralanan azyaşlı xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

* * *

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

Toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.

Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib. Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam