Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qobustandan dəhşətli görüntülər***Sözün bitdiyi an

Yenixeber.org: daxil olan fotolardan məlum olur ki, Qobustan rayonunda 30.08.2015-ci Samid Seyid oğlunun dəstəyi ilə əsaslı təmir edilmiş Türk abidəsindəki ucaldılmış dirəkdə hər iki dövlətin Azərbaycan və Türkiyənin rəmzi olan bayraq cırılmış, tamamilə məhv olmuş gündədi. Kənardan baxanda demək olar ki, heç bilinmir ki, bu, bizim uğrunda həlak olmuş minlərlə ŞƏHİDLƏRimizin qanı bahasına qorunan və ölkəmizdən xaricdə də yüksəklərdə dalğalanan üçrəngli bayrağıızdır. Təəssüf hissi ilə qeyd edirik ki, fotodan da göründüyü kimi laqeydlik pik həddədir. Bayrağın bu şəkildə olması onu göstərir ki, rayon rəhbərliyinin nəzarətsizliyi, milliliyimizə hörmətsizlik və biganəlikdir!!!

Rayon İcra hakimiyyətinin balansında iki məmləkətin bayrağını yeniləməyə gücü və imkanı yəqin ki, yoxdur... Bəs Abidə və Qoruqlara diqqət hansı quruma aiddir?! Niyə uğrunda can qurban dediyimiz milli atributumuzun taleyi, qardaş respublikanın adıyla bağlı abidə Qobustan RİH başçısı Adil Məmmədovun nəzarətindən kənarda qalıb?! Axı, biz “Bir millət, iki dövlətik”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanununda bayraqla davranış qaydaları müəyyən olunub. Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları hər kəslə, habelə, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağı və Dövlət dirəyi, ya da xüsusi tutqaclarla bərkidilən dəstək üzərində qaldırılır. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun. Küləkli hava şəraitində bayrağın qorunması üçün isə müvafiq qanuni tədbir də mövcuddur.

Yenixeber.org onu da qeyd edir ki, dəfələrlə icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə müavinlər cavab vermədi. Görünür, RİH-də hər kəs məzuniyyətdədir, ya da komdisionerli otaqdan çıxıb bu isti havada adıçəkilən abidəylə maraqlanmaq istəyən yoxdur???

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...

   


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam