Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıtda icra hakimiyyəti və ''Arçiko'' mmc-nin adıyla qum biznesi –Ekologiya nazirliyi və Polis qanunsuzluğa müdaxilə edə bilmir – FOTOLAR

 

 

 

Sumqayıtda icra hakimiyyəti və ''Arçiko'' mmc-nin adıyla qum biznesi – Ekologiya nazirliyi və Polis qanunsuzluğa müdaxilə edə bilmir – FOTOLAR


Yenixeber.org: Zakir Fərəcovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı etdiyi hörmətsizlik sərhəd tanımamaqdadır. Belə ki, əməkdaşlarımızın apardığı reyd zamanı ekologiyaya qarşı edilən terrorun üstü açılıb. Sumqayıt Şəhərində yerləşən “Azərtexnolayn” zavodunun əks tərəfində boş olan ərazidən Socar Neft Şirkətinə məxsus olan kəmərlərin təhlükə halında olması müəyyən edilib. Hal-hazırda redaksiyamıza ekoloji tarazlığın pozulması yolunda atılan addımların məhz Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcovun göstərişi əsasında həyata keçirilməsi ilə bağlı çoxsaylı məlumatlar daxil olmaqdadır. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Sumqayıt şəhərinin polis rəisi Əkbər İsmayılovun əməkdaşları tərəfindən qanunsuz əməl törədənlər himayə edilməkdədir. Qanunla qadağan edilmiş qumçıxarma prosesini həyata keçirən işbazlar günün 24 saatı yuxarıda qeyd etdiyimiz ərazini tar-mar edərək qumu “Shadman” və “Kamaz”lara yükləyərək əraziyə yaxın tikinti materialları bazarının yaxınlığında olan Zavodların həyətində “Stok” etməkdədirlər. Məsələyə biganə yanaşan polis rəisi Əkbər İsmayılovun göründüyü qədər maddi maraqları cəmiyyətin və ölkə rəhbərliyinin maraqlarını üstələməkdədir. Bunun maddi subutu olaraq Əkbər İsmayılovun əməkdaşları olan, 90-AK-921 dövlət qeydiyyat nömrəli avtomobil həmin işbazları himayə edərək bunun qarşılığında “şirinlik” almaqdadırlar. Qeyd edək ki, yuxarıda göstərilən ərazidə həmçinin Sumqayıt şəhər kanalizasiya xətlərinin yeniləyən “ARÇİKO” MMC-yə məxsus “shadman” markalı yük avtomobilləri fəalliyət göstərməkdədir. Amma “ARÇİKO” MMC-yə məxsus olmayan bazar adamlarının “Kamaz” və “ZİL” markalı avtomobilləri həmin ərazidən tikintidə istifadə edilən “Sarı Qum” ərazidən yük bazarlara və bazarların qarşısında yerləşən zavodların həyatyanı sahəsinə topalamaqdadır. “ARÇİKO” MMC-yə verilən səlahiyyətdən sui-istifadə hallarının olduğu isə açıq şəkildə apardığımız müşahidələrdən bəlli olmaqdadır. 

Hər kəsin də bildiyi kimi Sumqayıt İcra başçısı Zakir Fərəcovun hegemonluğu heç bir nazirliyin vecə alınmaması barədə dəfələrlə media qurumlarında yazılar dərc edilmişdi. Hal-hazırda həmin nazirliklərdən ETSN və DİN Zakir Fərəcovun adamları tərəfindən vecə alınmamaqdadır. Bunu deməyə isə Əkbər İsmayılovun fəaliyyətsizliyi rəvac verməkdədir. Həmçinin Ekologiya nazirliyi isə işbazlar tərəfindən dövlət lahiyəsinini icra etmələri ilə bağlı hər zaman aldadılmaqdadır. Bu işbazlar nəinki, Sumqayıt şəhərində həmçinin Binəqədi rayon Goradil bağlarınıda tar-mar edərək Sumqayıt bazarlarının yaxınlığında icarəyə götürdükləri ərazilərə topalamaqdadırlar. Tədarük məqsədi ilə tar-mar siyasətini qarışdıran bu şəxslər hələ də məsuliyyətə cəlb edilməyiblər. Qeyd edək ki, Binəqədi rayonundan talançılıq edən şəxslərin avtomobillərinin nömrələri də artıq tərəfimizdən Binəqədi rayon 4-cü polis bölməsinə verilmişdir. Həmin nömrələri sizlərə də açıq şəkildə qeyd edirik: (Kamazlar 90-BM-046; 90-MR-079; bunlara nəzarət edən priora markalı avtomobil isə 10-MM-993 dövlət qeydiyyat nişanlı avtomobil ilə yanaşı Mersedes markalı 10-BM-255 nişanlı avtomobillərin sahiblıəri olmuşlar). Cənab Əkbər İsmayılov sizə tədbir görməniz üçün bundan əlavə hansı faktlar lazımdır, bizə müraciət edin sizə istintaq aparmağınıza yetəcək qədər maddi subutlar təqdim edək. 

Sumqayıt İcra Hakimiyyətində bəzi şəxslərin məsələyə primitiv yanaşması artıq bu qurumun da bir qrup şəxslərlə əlaqəyə girdiyinə dəlalət etməyə kifayət etməkdədir. Sumqayır şəhər polis rəisi Əkbər İsmayılovun ola bilər ki, bu ticarətlə əlaqəsi olmasın, amma bu ona məsələdə biganə qalmağa üstünlük verməməkdədir. Onun ərazisində baş verən qeyri-qanuni halların cərəyan etməsi Əkbər İsmayılovun vəzifəsini layiqincə icra etməməsini göstərən amillərdəndir. Polis əməkdaşlarının gündə 5 dəfə həmin əraziyə fırlanması Əkbər İsmayılovun məsələdən xəbərsiz ola bilməyəcəyinin maddi subutudur ki, bu da əməkdaşlarımız tərəfindən artıq əməkdaşların ərazidə olduqlarının foto görüntülərinin tərəfimizdən çəkilərək maddi subut kimi götürülmüş və ictimailləşdirilmişdir. 
Bakunews.az

Araşdırmamız davam edir.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam