Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Sumqayıtın başçısı Bakıdan çörək gətirilməsini qadağan etdi

 

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov

Yenixeber.org: Sumqayıtın icra baçısı Zakir Fərəcov daha bir əcaib göstəriş verib.  Məlumata görə, başçının göstərişi ilə Bakıdan Sumqayıta çörək gətirilməsinə qadağa qoyulub.

Jurnalist Mahir Məmmədlinin “Facebook” da yazdığına görə, Z.Fərəcov market sahiblərini çağırıb və onlara xəbərdarlıq edib ki, yalnız Sumqayıt çörək zavodunun çörəyini satmalısınız.  Artıq Bakıdan Sumqayıta çörək buraxılmır. Yol polisinə də göstəriş verilib və Bakıdan Sumqayıta çörək daşıyan maşınların siyahısı təqdim olunub. Sabah səhərdən bu maşınlar Sumqayıta girsə, cərimə meydançasına aparılacaq.

Rasim NəbiyevRasim Nəbiyev

AzEuroNews.com bunun səbəblərini də öyrənib. Əldə etdiyimiz məlumata görə, Bakıdan Sumqayıta əsasən Bakıxanov çörək zavodunun çörəkləri daşınırmış. Zakir Fərəcovun sözügedən çörəl zavodunun rəhbəri Rasim Nəbiyevlə münasibətlərinin korlanması  birincinin belə sərt qərar verməsinə səbəb olub.

corek

Dövlət Yol Polisində olan mənbəmizin verdiyi məlumatda qeyd olunur ki, yol polisinə təqdim olunan avtomobillərin çoxu Rasim Nəbiyevin “Sərham” MMC şirkətinə aiddir.

Məlumat üçün qeyd edək ki, Rasim Nəbiyevin Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki çörək zavodunun yanında “Sərham” adlı süpermarketi, “Ülvi” adlı şadlıq sarayı var.Fərhad Çağtürk 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam