Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bayılda evlərindən çıxarılan ailələrlə sabahdan kartlar paylanacaq

Bayılda evlərindən çıxarılan ailələrlə sabahdan kartlar paylanacaq

 

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında sürüşmə baş verən ərazidə təhlükə ilə üzləşən mənzil sahibləri ilə növbəti dəfə görüşüb

 

Yenixeber.org: Bunu İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Qurum rəsmisi bildirib ki, icra başçısı hazırda sakinləri onların yerləşdirildiyi sığınacaqda qəbul edib: "Görüşün məqsədi sakinlərə kirayə evlərə çıxmaq üçün veriləcək kompensasiyalarla bağlı olub. Sabahdan 67 ailəyə kartlar təqdim olunacaq. Həmin kartlar kirayə haqları köçürülmüş 11 aylıq xüsusi kartlardır. Məbləğə gəlincə, ödənişlər ailə üzvlərinin sayına müvafiq ödənilir".

İ.Kərimov əlavə edib ki, ümumilikdə 98 ailə köçürüləcək: "10 gün ərzində isə evləri dağılmış ailələrə dəyən zərərin həcmi müəyyənləşdiriləcək".

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında sürüşmənin aktivləşməsi nəticəsində 90-a yaxın mənzil uçmaq təhlükəsilə üzləşib, 4 ev isə tamamilə uçub. Hadisə ilə bağlı sakinlər ərazidən çıxarılıb və sığınacaqda yerləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam