Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bakının tarixi binaları sökülmək təhlükəsi qarşısında

Bakının tarixi binaları sökülmək təhlükəsi qarşısında

 

 

Bakının Nəsimi rayonunun bir qrup sakini redaksiyamıza müraciət edərək, onların yaşadığı binaların barəsində Nazirlər Kabineti tərəfindən söküntü qərarı çıxarılmış binaların siyahısına daxil olub-olmamasını aydınlaşdırmağı xahiş ediblər

 

Yenixeber.org: Nəsimi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən binalar siyahıya daxil deyil, "lakin bu o demək deyil ki, onlar sökülə bilməz". Əməkdaşımızın "Necə yəni?" sualı bu cür cavablandırılıb: "Əgər həmin binalar qəzalı vəziyyətdə olan binalarla eyni məhllədədirlərsə, şəhərsalma normalarına əsasən, sökülə bilərlər".

Bu izahat şübhəli göründüyü üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik.

Komitənin tikintiyə nəzarət şöbəsinin rəisi Əmiraslan Həsənov bildirdi ki, əgər Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya əsasən, məhəllənin bu və ya digər binası qəzalı hesab edilibsə, bütün məhəllə yenidən qurulur.

"Bu o deməkdir ki, həmin məhəllədə köhnəlmiş, yeni tələblərə cavab verməyən binalar spküləcək. Yalnız o tikililər qalacaq ki, müasir tələblərə cavab verirlər", - şəhərsalma üzrə mütəxəssis dedi.

"Hansı standartlardan danışırlar? "Müasir tələblərə cavab verməyən" binalar vaxtilə dövlət komissiyası tərəfindən qəbul edilib və onlara mülkiyyət hüququnu təısdiq edən şəhadətnamə verilib. Bəs tarixi binalar? Onlar da müasir tələblərə cavab vermirlər, onlar da sökülməlidir?" - sualın belə qoyuluşu vəkil Elmar Süleymanovu əsəbiləşdirir.

"Yalnız müasir tələblərə cavab vermədikləri üçün binaları sökmək məntiqə ziddir. Məncə, bütün bunları ona görə edirlər ki, həmin binaların altındakı torpaq sahələrini əllərinə keçirib sonradan satsınlar", - hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz fikrini bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam