Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Zara” müştəriləri aldadır– İTTİHAM

“Zara” müştəriləri aldadır

 

 

Bloqer Aysel Əhmədova “Zara” mağazalar şəbəkəsini dələzduzluqda ittiham edib

 

Yenixeber.org: Bloqer bildirib ki, “28 Mall” ticarət mərkəzində yerləşən məşhur “Zara” mağazası müştərilərini aldadır. 

A. Əhmədova məsələ ilə bağlı görüntü lentə alıb: 

“Yeni ildə hədiyyə almaq üçün mağazaya getmişdim. Bütün paltarlar yerdə idi. Xanımlar paltarların üstündən keçirdi. Bir paltarı bəyəndik. Etiketdə paltarın 169 manatdan 79 manata düşdüyü yazılmışdı. Onu götürüb kassaya yaxınlaşdım. Kassada əyləşən xanım satıcı mənimlə olduqca kobud davrandı. Hədiyyə paketini üstümə atdı. Dedi ki, özün paketlə, mənim vaxtım yoxdur.  Hətta qiymətin 129 manat olduğu ortaya çıxdı. Halbuki 79 manat idi. Guya qiymət səhv düşübmüş. Mağazadan çıxanda istədim ki, bütün üstünə 79 manat yazılan paltarları çəkim. Oğlan cəld davranıb bütün paltarları yığışdırıb apardı.

Bir sözlə, “Zara”nın satıcıları müştərilərinə qarşı çox mədəniyyətsiz şəkildə davranır. Onları qiymətlərdə aldadır, kobud davranış nümayiş etdirir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam