Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Estetik cərrah” tibb bacısının dodaqlarını bu günə saldı -FOTO

 

Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Təhsil və Araşdırma Xəstəxanasında çalışan 22 yaşlı tibb bacısı Merve Keleş keçirdiyi estetik əməliyyatla tanınmaz hala düşüb.

Yenixeber.org:   Əməliyyatdan yarım saat sonra qızın dodaqları şişib, xəstəxanaya yerləşdirilən qız indi dodaqlarını aralamaqda çətinlik çəkir.

Türkiyə mətbuatına istinadən xəbərə görə, əməliyyatı aparan estetik cərrah Azərbaycanda təhsil alıb.

Məlumatda deyilir ki, gənc qız internetdə estetik cərrah kimi reklam edilən Soner adlı həkimlə tanış olub, dodaqlarının formasını dəyişmək istəyib. Həkim əvvəlcə 500 lirə qarşılığında qızın dodaqlarına müvəqqəti dolgu (plomb) qoyub. Lakin dolgu bir həftəyə əriyib.

Araşdırma zamanı məlum olub ki, əməliyyat həkimin təklifi ilə evdə aparılıb. Çalışdığı klinikanın təmirə dayandığını iddia edən həkim 1000 lirə qarşılığında əməliyyatı evdə apara biləcəyini söyləyib. Amma əməliyyatdan yarım saat sonra qızın dodaqları şişməyə başlayıb, onu xəstəxanaya yerləşdiriblər.

Merve şiddətli ağrılarla yenidən Soner həkimə müraciət edib. Həkim isə dodaqlarına infeksiya düşdüyünü, xəstəxanaya müarciət etməsini məsləhət görüb. Adanadakı özəl xəstəxanaların birində antibiotiklə müalicə olunan tibb bacısının dodaqlarındakı ağrı və şişkinlik çəkilməyib. Merve təkrar müayinə olunub və onun dodaqlarına hələlik bəlli olmayan maye vurulub. Onun həmin mayedən allergiya olduğu müəyyənləşdirilib. Həkimlər vurulan mayeni birdəfəlik çıxara bilməyəcəkləri təqdirdə qızın dodaqlarını itirə biləcəyini söyləyiblər.

 

“Estetik cərrah” tibb bacısının dodaqlarını bu günə saldı -

Güzgüyə baxmaqdan qorxan Keleş həkimdən şikayət edib. Telefonda iddiaları təkzib edən Soner isə ümumiyyətlə həkim kimi çalışmadığını, qadın bərbəri olduğunu deyib. “Mən özümü estetik cərrah kimi tanıtmamışam, qızı əməliyyat etməmişəm. Məndən pul istədilər, vermədiyim üçün iftira söyləyirlər”,-deyə ittiham olunan Soner bildirib.

Sonerin Instagram hesabında estetik cərrah olduğu, Türkiyədə 2 il tibb təhsili aldığın, bundan sonra təhsilini Azərbaycanda davam etdirdiyi yazılıb.

Həkimlər 18 gündür xəstəxanada müalicə alan qızın dodaqlarına vurulan mayenin tərkibini hələ də müəyyənləşdirə bilmirlər. Buna görə də müalicələr effekt vermir.

Türkiyədə ildə 50 min estetik cərrahiyyə əməliyyatları aparılır. Türkiyə estetik cərrahiyyə əməliyyatlarının statistikasına görə dünyada 9-cu yerdədir. Statistikaya görə, burun estetik əməliyyatlarında birinci yerdə Hollandiya dayanır. Sonrakı sırada Almanya, Fransa və Belçika durur. Mətbuat estetik əməliyyatdan sonra həyatını dəyişən qadınlardan yazmaqla insanları ehtiyatlı olmağa səsləyib. “Tanınmış müğənni Seda Sayan göz altındakı torbaları götürmək üçün əməliyyat olunub və kor olmaq risqi ilə üzləşib. Merve də dodaqlarını itirə bilər”, -həkimlər əlavə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam